Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-834/2024 09.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Xaçmaz Rayon Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Asif qızının iştirakları ilə, xx.xx.1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Xaçmaz şəhəri, İ.Rəsulov 40 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Asif qızını döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasınsa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, o, Xalidəni döyməmişdir. Onlar əvvəllər rəfiqə olublar. O, ailə qurandan sonra əlaqələri olmayıb. O, onun evinə gəlib onu söyüb deyə o, da onu söyüb. Şərəf və ləyaqətə görə iki dəfə işə baxılıb və uduzib. Ona görə də ondan acıq çıxmaq üçün belə edir, ona şər atır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Asif qızı bildirdi ki, ayın 5 məhkəmələri olmalı idi, ona görə də ayın 2 onun yanına gəlmişdir ki, barışsınlar. Vüsalə həmişə onun barəsində nalayiq sözlər danışır. Həmin günü də həyətdən səsi gəldiyi üçün çıxmışdır. Saçından tutub, anası əlində ala bilmirdi, əlində də dəmir parçası ilə darvazanı vururdu. Səs küyə qonşular da gəldi, onun əlindən ala bilmədilər. 102 xidmətinə zəng vurub, Onu şöbəyə dəvət etdilər, o, həmin günü gedə bilməyəcəyini deyib səhəri günü şğbəyə getmişdir. saçınaƏliyeva Sevinc Məhəmməd qızı onu döymüşdür, ona görə də onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Qonşuda kamera var. Onun evində olsa görüntünü gətirə bilər. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 407 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Asif qızının bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın aşağı 1/3-nin ön səthində və sol budun yuxarı 1/3-nin arxa hissəsində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni 02 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlərə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər əvvəllər yaxın rəfiqə olmuşçlar, sonradan münasibətləri pisləşmiş, aralarında tez-tez münaqişə baş verir, qarşılıqlı dava-dalaş olur. Bununla belə təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin Zərərçəkmiş şəxs Asif qızının göstərdiyi kimi və ya Şəxs göstərdiyi qaydada cərəyan etməsi barədə qənaətə gəlmək mümkün deyildir. Ekspert rəyi ayrılıqda protokolda göstərilənlərin təsdiq edilməsi üçün kifayət etmir. İşdəki sübutlarla birmənalı olaraq Zərərçəkmiş şəxs Asif qızına xəsarətlərin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir və bu səbəbdən də işdə olan şübhələr də Şəxs xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM VÜSALƏ QASİMOVA
Məhkəmə qərarları › İş №3(067)-834/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-834/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver