Məhkəmə qərarları › İş №3(067)-834/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-834/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-834/2025 26.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 14 aprel 1960-cı ildə Xaçmaz rayonu, Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu, Hülövlü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Hülövlü kəndində Zərərçəkmiş şəxs və Şəxs arasında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, xx.xx.2025-ci ildə bu qonşular arasında mübahisə olub. X1 ərizə ilə şikayət edərək bildirib ki, Zərərçəkmiş şəxs ki, qonşusu Şəxs onun qarın nahiyyəsinə, qarın boşluğuna təpik vurub. Təhqiqat Bölməsində araşdırma aparılaraq vətəndaş ilə bağlı qərar qəbul olunaraq icra etmək üçün ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Hər iki vətəndaşın izahatını almış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmişi döymədiyini, zərərçəkmiş isə döyüldüyünü və hadisəni təsdiq edəcək şahidi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə Şəxs yaşlı olmasını və ona görə də barəsində həbs növündə inzibati tənbeh növünün tətbiq edilməsinin mümkünsüzlüyü ilə bağlı desə də, zərərçəkmiş şəxs dəfələrlə şöbə rəhbərinin qəbulunda olduğunu, bundan əlavə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edərək guya onun işinə baxılmadığını və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə polis tərəfindən himayədarlıq edildiyini bildirilmiş və bu səbəbdəndə rayon Polis Şöbəsinin rəhbərinin göstərişinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi vurmamış və ya ona hər hansı bir xəsarət yetirməmişdir. Əksinə zərərçəkmiş şəxs özünə məxsus iti bir neçə dəfə onun üzərinə göndərmiş, nəticədə isə it onu tutmasın, lazım gələrsə bu barədə yəni zərərçəkmiş şəxsin iti tərəfindən onu tutması ilə bağlı həkimdən almış olduğu sənədi də məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Hətta bundan başqa zərərçəkmiş şəxsin itinin onun evdə olan nəvəsini belə tutduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı qohumu Şəxs onu təpik və yumruq ilə vuraraq ona xəsarət yetmişdir. Həmin vaxt Şəxs yanında onun qızı da olmuşdur, lakin o, qızından şikayətçi olmamışdır. Bundan sonra o, Şəxs ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Hadisəni görən şahidi olduğunu və halhazırda məhkəmə iclas zalından kənarda dəvət edilməsini gözlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş Şahid göstərdi ki, o, iş olandan olana günə 20-25 manata fəhləçiliklə məşğul olaraq ailəsini dolandırır. Nadir Allaheverdiyev üçün də işləmişdir. Hadisə baş verən günü 14 mart 2025-ci il tarixdə isə onun həyətində işləməmişdir, Rasiyadan gələn var idi onun həyətində işləmişdir. O, şəxsə məxsus evdən işlərini bitirib evə gedərkən yolun kənarında Zərərçəkmiş şəxs ilə Şəxs dalaşdığını, daha sonra isə Şəxs Zərərçəkmiş şəxs qarnına yumruq ilə vurmasının şahidi olmuşdur. Lakin həmin vaxt ətrafda heç kəs hətta Şəxs da qızının orada olmadığını bildirmişdir. Bundan sonra o, onlara yaxınlaşmamış, onları ayırmağa belə çalışmayaraq, öz yoluna davam edərək oradan çıxıb getmişdir. İşdə olan Xaçmaz rayon X4 Bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 15 mart 2025-ci il tarixli, 140 saylı rəyindən görünür ki, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənməklə, yetriilmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 26 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs 65 yaşı tamam olubdur. Şəxs yaşı 65 olduğundan onun barəsində inzibati həbs tənbeh növü tətbiq edilə bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyəlndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar