Məhkəmə qərarları › İş №3(067)-835/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-835/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-835/2020 14.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən o, Polis Şöbəsinə getməkdən imtina etməklə polisin ünvanına nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət edilməsinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X9 göstərdi ki, Şəxs barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı o, tərəflərindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilərkən Polis Şöbəsinə getməkdən imtina etməklə polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki,xx xxxxxxxx 2020-ci il tarixdə bir neçə polis əməkdaşı onun yaşadığı ünvana gələrək barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı onlarla birlikdə Xaçmaz rayon polis şöbəsinə getməsini təklif etmişlər. O, polis əməkdaşlarının bu təklifinə heç bir etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Lakin o, polis əməkdaşlarına qarşı heç bir hüquqazidd hərəkətə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X4 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng edərək qardaşı Şəxs anası X2 qolundan bıçaqla xəsarət yetirməsi ilə bağlı etdiyi şikayət ilə əlaqədar digər polis əməkdaşları, yəni Xaçmaz rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X9 və Xaçmaz rayon Polis Şöbəsinin polis nəfəri Mövsümov Mehman Zakir oğlu ilə birlikdə Nəsrulla Cavdovun yaşadığı ünvana gedərək onu barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin o, Polis Şöbəsinə getməkdən imtina etməklə polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə tərəflərindən nizamintizama dəvət edilsə də öz hüquqazidd hərəkətlərini davam etdirməklə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis nəfəri Mövsümov Mehman Zakir oğlu iş üzrə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(067)-806/2020-ci il tarixli qərarından görünür ki, Şəxs məhkəmənin həmin tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, şahilərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqa zidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini və eyni xətanı il ərizində təkrar törəməsini məsuliyyətini ağırlışdıran hallar kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar