Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-836/2021 07.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, İnzibati protokolu tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Nofəl oğlunun iştirakı ilə, xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş, AR vətəndaşı, Xaçmaz rayonunun Yergüc kəndində yaşayan Şəxs Nofəl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs Nofəl oğlu 26 avqust 2021-ci il tarixdə Pərvanə Xəlilovaya məxsus ərzaq mağazasından 45 manat dəyərində müşahidə kamerasını gizli yolla oğurladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin sahə rəisi X1 oğlu bildirdi ki, 26 avqust 2021ci il tarixdə Pərvanə Xəlilovaya məxsus ərzaq mağazasından 45 manat dəyərində müşahidə kamerasını gizli yolla oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan MN № ******* saylı 05 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nofəl oğlu 26 avqust 2021-ci il tarixdə Pərvanə Xəlilovaya məxsus ərzaq mağazasından 45 manat dəyərində müşahidə kamerasını gizli yolla oğurlamışdır. İş materiallarında olan MN № ******* saylı 07 sentyabr 2021-ci il tarixli Qərardaddan görünür ki, Şəxs Nofəl oğlunun inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs Nofəl oğlu xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs Nofəl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Nofəl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Nofəl oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 27 (iyirmi yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Şəxs Nofəl oğlu dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsetmənin əvvəli 07 sentyabr 2021-ci il saat 16:30-dan hesablansın. Şəxs Nofəl oğlunun inzibati qaydada tutulduğu müddət, yəni 04.09.2021-ci il saat 23:00-dan 06.09.2021-ci il saat 10:00-dək olan 2 gün, həbs müddətindən çıxılsın və Şəxs Nofəl oğlunun üzərində qəti olaraq 25 (iyirmi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-836/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-836/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver