Məhkəmə qərarları › İş №3(067)-836/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-836/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-836/2024 10.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş İİ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1955-ci ildə Xaçmaz rayonunun Müzəffəroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Xaçmaz rayonunun Müzəffəroba kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 iyul 2024-cü il tarixdə saat 11:15 radələrində VAZ 2105 markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama yolunun 26-cı km-də hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi VAZ 21013 marklı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamadığı üçün həmin nəqliyyat vasitəsinin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Nəticədə qeyd edilən avtomobilə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Xaçmaz rayon X7 X9 tərəfindən 03 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş İİ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Toqquşma olub arxadan nəqliyyat vasitəsinə toxundurub, maddi ziyan vurub. Vətəndaşın sürücülük hüququ olmadığına görə material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını bildirərək, həmçinin hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 iyul 2024-cü il tarixdə saat 11:15 radələrində VAZ 2105 markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama yolunun 26-cı km-də hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi VAZ 21013 marklı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamadığı üçün həmin nəqliyyat vasitəsinin arxa hissəsindən vurmuşdur. Nəticədə “VAZ 21013 marklı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və avtomobilin mülkiyyətçisinə maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Avtomotoservis və Ticarət Məüssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyası tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, 1763 nömrəli ziyan aktından görünür ki, “VAZ 21013 marklı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil cəmi 499 manat dəyərində zərər dəymişdir. İş materiallarında olan alkotestr qəbzlərindən görünür ki, Şəxs hadisə törətdiyi zaman spirtli və digər psixotrop maddələrin təsiri altında olmamışdır. İş materiallarında olan ƏN-İX seriyalı 372309 nömrəli etibarnamənin surətindən görünür ki, VAZ 2105 markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs etibar edilmişdir. EMİS-dən alınmış məlumatlarla təsdiq olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar