Məhkəmə qərarları › İş №3(067)-837/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-837/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-837/2020 14.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızının, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Biləsuvar rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, Qələbə küçəsi 6 saylı evdə yaşayan. Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, Qələbə küçəsində yaşayan qonşusu Sədaqət Musayevanı döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmədə izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, Qələbə küçəsində yaşayan qonşusu Sədaqət Musayevanı döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsində yaşayan qonşusu Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızı onu döymüşdür. Hazırda onlar barışmışlar. Sevincdən heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, Qələbə küçəsində yaşayan qonşusu Sədaqət Musayeva ilə aralarında mübahisə olmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızının əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu məddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,40, 43,53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1983-cü ildə Biləsuvar rayonunda anadan olan Atakişiyeva (Məmmədova) Sevinc Sakit qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar