Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-838/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, İnzubati protokolu tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1968-ci ildə Xaçmaz rayonunun Xanlıq Oba kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Xocalı küçəsi ev 32-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 13.02.2021 -ci il tarixdə X17 məxsus evdən 4000 rusiya rublunu ( 90 manat), 28.02.2021- ci il tarixdə X24 məxsus 130 manat pulu, 18.04.2021- ci il tarixdə X5 qarşı dələduzluq edərək 60 manat pulu 21.04.2021- ci il tarixdə X6 məxsus evdən 5 manat dəyərində televizor kabelini, 30.04.2021 -ci il tarixdə X2 məxsus evdən 70 manat dəyərində elektrik mühərrikini, 05.05.2021- ci il tarixdə X10 qarşı dələduzluq edərək 100 manat pulu, 06.05.2021- ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən «Cülüstan» restoranından X3 məxsus 85 manat dəyərində məişət avdanlıqlarım, 07.05.2021-ci il tarixdə X4ma məxsus obyektdən 70 manat dəyərində bir ədəd müşahidə kamerasını, 18.05.2021- ci il tarixdə X7 yaşadığı evdən 90 manat dəyərində 1 ədəd televizoru, 01.06.2021- ci il tarixdə X8 məxsus evdən 95 manat pulu, 07.06.2021- ci il tarixdə X14 yaşadığı evdən 100 manat dəyərində su qızdırıcısım, 07.06.2021- ci il tarixdə X11 məxsus avtomobildən 100 manat dəyərində maqnetofonu, 18.06.2021- ci il tarixdə X12 məxsus evin həyətindən 36 manat dəyərində 3 ədəd peyk antenasının başlığını, 25.06.2021- ci il tarixdə X15 məxsus bağ sahəsindən 25 manat dəyərində 2 ədəd dəmir borunu, 07.07.2021- ci il tarixdə X13 məxsus evdən 70 manat dəyərindən 1 ədəd mobil telefonu oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X9 bildirdi ki, Şəxs 13.02.2021 ci il tarixdə X17 məxsus evdən 4000 rusiya rublunu ( 90 manat), 28.02.2021- ci il tarixdə X24 məxsus 130 manat pulu, 18.04.2021- ci il tarixdə X5 qarşı dələduzluq edərək 60 manat pulu 21.04.2021- ci il tarixdə X6 məxsus evdən 5 manat dəyərində televizor kabelini, 30.04.2021 -ci il tarixdə X2 məxsus evdən 70 manat dəyərində elektrik mühərrikini, 05.05.2021- ci il tarixdə X10 qarşı dələduzluq edərək 100 manat pulu, 06.05.2021- ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən «Cülüstan» restoranından X3 məxsus 85 manat dəyərində məişət avdanlıqlarım, 07.05.2021- ci il tarixdə X4ma məxsus obyektdən 70 manat dəyərində bir ədəd müşahidə kamerasını, 18.05.2021- ci il tarixdə X7 yaşadığı evdən 90 manat dəyərində 1 ədəd televizoru, 01.06.2021- ci il tarixdə X8 məxsus evdən 95 manat pulu, 07.06.2021- ci il tarixdə X14 yaşadığı evdən 100 manat dəyərində su qızdırıcısım, 07.06.2021- ci il tarixdə X11 məxsus avtomobildən 100 manat dəyərində maqnetofonu, 18.06.2021- ci il tarixdə X12 məxsus evin həyətindən 36 manat dəyərində 3 ədəd peyk antenasının başlığını, 25.06.2021- ci il tarixdə X15 məxsus bağ sahəsindən 25 manat dəyərində 2 ədəd dəmir borunu, 07.07.2021-ci il tarixdə X13 məxsus evdən 70 manat dəyərindən 1 ədəd mobil telefonu oğurlamaqla yəni özgənin əmlaklarını xırda taladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməllərindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 sentyabr 2021-ci il saat 19:30-da inzibati qaydada tutulmuş, 08 sentyabr 2021-ci il saat 14:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Şəxs 07 sentyabr 2021-ci il saat 19:30-dan 08 sentyabr 2021-ci il saat 14:00-dək, yəni bir gün inzibati qaydada tutulması həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 01 ay 28 gün həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Həbsin əvvəli 08 sentyabr 2021-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-838/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-838/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver