Məhkəmə qərarları › İş №3(067)-838/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-838/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-838/2024 22.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin İİ X11 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə, X1 iştirakları ilə, 10 yanvar 1966-cı ildə Xaçmaz rayonunun Qaracik- Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yaşayan X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin İİ X11 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə 08 iyul 2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin İİ X11 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə 08 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə ayın 07-si tarixində Çənlibel deyilən parkın qarşısında baş vermişdir. Belə ki, o, həmin günü özünə məxsus nəqliyyat vasitəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən, sağ tərəfdən gələn Vaz 2106 markalı nəqliyyat vasitəsi qarşıda Çənlibel parkına dönən tərəfdə bir maşına ilişdirib onun qarşısına atmışdır, o, həmin vaxt tormuz əyləcindən istifadə etməsini baxmayaraq hadisənin qarşısını ala bilməyərək həmin nəqliyyat vasitəsi ilə toqquşmuşdur. O, baş vermiş hadisə ilə bağlı hadisə yerinə gələn X9 əməkdaşına bildirsə də, həmin əməkdaş onun barəsində protokol tərtib etmişdir. Ona görə də o, barəsində tərtib edilmiş protokolla razı olmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin İİ X11 Xidməti İnspektoru polis baş serjantı Nümayəndə göstərdi ki, vətəndaşın dediyi kimi xx.xx.2024-cü il tarixdə Gəndob-Yalama yolunun 20-ci km-də üç nəqliyyat vasitəsi üzü Bakı istiqamətində hərəkətdədi öndə gedən nəqliyyat vasitəsi “Opel Astra” markalı ** UO *** nəqliyyat vasitəsi dönmə işığını sağa yandırır KOB-un həyətinə dönmək üçün onun arxasınca gedən VAZ 2106, ** BZ *** ara məsafəsini düzgün seçmiyərək dönməkdə olan nəqliyyat vasitəsinin arxa sol tərəfini vurur. Vaz 2106 öndə gedən Opelin arxa sol tərəfindən öz maşının qabaq sağ tərəfi ilə vurur, heç bir sağa sola çəkmədən qəfil tormuzlama eləyir və arxadan gələn şikayətçinin maşını Opel Astra ** BR *** nəqliyyat vasitəsi o, ara məsafəsini düzgün seçmədiyinə görə həmin VAZ 2106 markalı nəqliyyat vasitəsi Opeli vurub dayanır şikayətçi də gəlin həmin VAZ 2106 markalı nəqliyyat vasitəsinin tam arxasından vurur. Orda xəritədə də var, görüntü də var. Ara məsafə düzgün seçilmir bu, müşayət kamerası düzdür hadisə yerini çəkmir, amma hadisədən hardasa bir 50-60 metr bu tərəfə qüllənin düz qarşısı maye-qaz zapravkasın aydın şəkildə çəkir ki, bunlar heç bir ara məsafəsi saxlamadan nəqliyyat vasitələrini idarə etmədikləri həmin hadisə baş vermişdir və bu səbəbdən də o, hər üç avtomobillə bağlı protokol tərtib etmişdir. Hesab edir ki, Şahbəddin Yaqubovun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08 iyul 2024-cü il tarixli, TP-6600630 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli, TP-6600630 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08 iyul 2024-cü il tarixdə X6 idarə etdiyi “OPEL ASTRA” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən ara məsafəsini düzgün seçməməsi səbəbindən qüvvədə olan qanunun tələblərini pozmuşdur; 08 iyul 2024-cü il tarixli, TP-6600630 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 08 iyul 2024-cü il tarixdə X6 idarə etdiyi OPEL ASTRA” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən ara məsafə saxlamadığından qüvvədə olan qanunun tələblərini pozmuşdur. Buna əsasən X6 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08 iyul 2024-cü il tarixli, TP-6600630 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08 iyul 2024-cü il tarixli, TP-6600630 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar