Məhkəmə qərarları › İş №3(067)-839/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-839/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-839/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta ahaqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Şəxsbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Qobu-qıraq kəndində yaşayan. Şəxs haqqında Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(067)-299/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 19 mart 2019-cu il tarixdən hesablanmaqla 30 iyul 2013cü il təvəllüdlü Ömərova Aysun Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməklə onun 4840 (dörd min səkkiz yüz qırx) manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Şəxsbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(067)- 299/2019 saylı qətnaməsinə əsasən ondan 19 mart 2019-cu il tarixdən hesablanmaqla 30 iyul 2013-cü il təvəllüdlü Ömərova Aysun Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin o, işsiz olmaqla maddi problemləri olduğundan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği ödəyə bilməmiş və onun alimentə görə hazırda 4840 manat borcu yaranmışdır. Yaranmış aliment borcu ilə əlaqədar o, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək ona qanunun tələbləri izah olunsa da o, aliment borcunu ödəməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(067)-299/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 19 mart 2019-cu il tarixdən hesablanmaqla 30 iyul 2013-cü il təvəllüdlü Ömərova Aysun Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmiş və o, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində çox hallarda çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Şəxsbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs oğlunun hazırda tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 4840 manat təşkil edir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(067)-299/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs 19 mart 2019-cu il tarixdən hesablanmaqla 30 iyul 2013cü il təvəllüdlü Ömərova Aysun Şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində aliment borcunu ödəməmiş və onun 4840 manat aliment borcu yaranmışdır. Şəxs barəsində şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 08 sentyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Şəxsbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Şəxsbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs oğlu Şəxsbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 08 sentyabr 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar