Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-839/2024 30.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Qərardan şikayət vermiş şəxs X6 oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün Xidmətin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi Nümayəndə iştirakları ilə, 13 noyabr 1987-ci ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonunun Qalağan kəndində yaşayan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 inzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi X2 inzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gültəkin Babayevanın şikayətinə əsasən onun ətriyyat yeri olub Bərkətli marketin içində yəni təzə açmışdır. O, işçini də heç işləmədiyi bir işçi olub, o, müddət ərzində yəni gəldiyi-getdiyi günləri də onun nəzərə alaraq 2-3 ay qeyd etmişdir ərizəsində də ondan da soruşduğunda müfəttiş Fərda soyadını bilmir yadından çıxıb. O, kəs yəni işə baxan müfəttiş birinci səfər qız şikayət etdikdən sonra şikayətini Quba Regional İdarəsinə veriblər. Orda da o, işə Fərda müəllim baxıb, Fərda müəllim baxdıqdan sonra ona zəng olunaraq çağırılmışdır, o, qəti narazıçılığımı gedib özü birbaşa danışdırmışdır, söhbət etmişdir qıznan, qız özü elədiyi işin sonradan peşmançılığını çəkərək, barışıq ərizəsi yazaraq həmin ərizəni geri çəkmək adı ilə onun maşını ilə atası ilə birlikdə Quba Regional idarəsinə getmişlər. Gedəndən sonra Fərda bəy ona nə deyib nə deməyib onu bilmir, çünki o, həmin vaxt onların yanında olmamışdır yəni ki, o, sözləri eşitsin ya görsün kimi yəni adam orda ərizəsini geri çəkməkdən imtina etdi. Hətta atası bura kimi təcüblənmişdir ki, yəni o, ərizəni götürməyə gəldiyi təqdirdə qızından nəyə görə bu işi etmişdir. Bu cür bir proses alınmışdır. Sonradan qızı qaytarıb gətirdiyində də yolda qəzdan soruşmuşdur ki, yəni Siz ərizə götürməyə gəlmişdiniz hətta onların maşını olmadığı üçün getməyə ondan xahiş etmişdirləri üçün o, özü öz maşını ilə aparmışdır. Onun burda heç bir təqsirim olmadığı üçün o, bütün bunları özünün şərlənməsi kimi qəbul etmişdir. Qızı tanıdığı qədər onun bu işləri görməyə ağlı, savadı olmamışdır bunları etməyə onun kiminsə tərəfindən öyrəilməsini ona demişdir. Bu zaman qız ona Fərda bəyin onu başa saldığını və hüquqlarını müdafiə etdiyini bildirmişdir. Bundan sonra Fərda bəy onun ərizəsini almışdır ki, qızı işə götürmüşünüz o, da cavabında bildirmişəm ki, yəni iki ay üç ay müddətində öyrənmək qabiliyyətin olsa, öyrənə bilsə ondan sonra onu işçi kimi qanuni şəkildə işə götürəcəyini bildirmişdir. O, bundan sonra kimlərdənsə həmin qızın yəni işə götürmək istədiyi qızın psixoloji problemlərinin olduğunu öyrənmişdir, bundan əlavə olaraq o, qızı işə götürəndən sonra bir gen gəlmiş 3 gün 5 gün gəlməmişdir, yəni o, işi təzə açmışdır, o, da heç bir yerdə işləmədiyi üçün o, qızı öyrətmişdir. O, özü də arada gələrək həmin müddət ərzində ora nəzarət etmişdir bu barədə o, ərizəsində göstərmişdir. O, hətta qız ondan pulunu tələb etdiyi üçün qızın həmin müddətlər orda işlədiyi üçün ona pulunu da ödəmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün Xidmətin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi Nümayəndə izahatında göstərmişdir ki, onlar inzibati araşdırma üzrə işi vətəndaşın şikayəti əsasında aparılıdığını, vətəndaş Gültəkin Babayeva X7 Xidmətinin elektron poçt ünvanına ərizə ilə müraciət edərək onunla əmək müqaviləsi bağlanılmadan marketdə işə cəlb olunduğunu, həmçinin işlədiyi dövr üçün əmək haqqı ona ödənilmədiyini şikayət edərək onlara müraciət etmişdir. Vətəndaş rəsmən dəvət olunmuş, izahatı alınmış və izahatına əsasən məlum olmuşdur ki, 2024-cü ilin fevral ayından 2024-cü ilin may ayına qədər vətəndaş Bayram İsayev ilə razılaşma əsasında, aylıq 300 manatlıq əmək haqqı ilə işləmiş və sahibkar ona müəyyən müddətdən sonra pulunu verməkdən imtina etmişdir, həmçinin də əmək müqaviləsi bağlanılmamışdır. Bayram Musayev marketin nəzdində, marketin sahibi başqadır VÖEN- var bu onun nəzdində icarə müqaviləsi əsasında o, həmin hissənin bir hissəsini alıb. Bəs vəzifəli şəxs kimi yəni bunun özünün də vergidə qeydiyyatı var. Vergi ödəyicisinin eyniləşmə nömrəsi ilə 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçərək həmin hissəni icarəyə alıb və sahibkar kimi orada fəaliyyət göstərir və işçini işə cəlb eləyir. Əmək müqaviləsi bağlanılmadan işçinin işə cəlb olunması hər iki tərəfin izahatı ilə təsdiq olunur və hər iki tərəf biri işlədildiyini, o, biri isə onun işlətdiyini və kimin nə qədər əmək haqqı ödədiyi izahatlarda öz əksini tapmışdır. Bundan əlavə olaraq qeyd edərək bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərə cəlb edilməsi qadağan olunmuşdur. Eyni zamanda da Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsi əməklə məşğulluq hal sisteminə, elektron informasiya sisteminə daxil edildikdən sonra hüquqi qüvvəyə minir yəni işçi ilə əmək müqaviləsi bağlanılır, elektron informasiya sisteminə daxil edilir, hər iki tərəf imzaladıqan sonra hüquqi qüvvəyə minir. Müqavilə bağlanıldıqdan sonra Əmək Məcəlləsinin 51-ci maddəsi var Siz onu üçün Azərbaycan Respublikasında 3 aya qədər sınaq müddəti müəyyən olunub, sınaq müddətində müqavilə bağlamalqla işə cəlb edə bilərsiniz, işçi ilə əmək müqaviləsi bağlamadan onun bir saat yox heç bir dəqiqə də işə cəlb etmək olmaz. Müqavilə bağlanılmalıdır, əmək münasibtləri ondan sonra başlanılmalıdır. Bu sübuta yetib izahatlarnan öz faktını tapıb və həmçinin Bayram İsayev iddia edərək deyir ki, məni vəzifəli şəxs kimi cəlb eləyiblər, bəli Sizi vəzifəli şəxs kimi məsuliyyətə cəlb eləmişik 192.1 ilə nəyə görə? çünki İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs vəzifəli şəxs hesab olunur. O, 3 saylı Ərazi Vergilər İdarəsində hal-hazırda da bu indi yeni çıxıb internet vergi idarəsindən çıxarışı vardır o, sahibkar kimi vergilər idarəsində 3 saylı Ərazi Vergilər İdarəsində halhazırda qeydiyyatdadır. Qeyd olunan protokolun əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, X6 oğlunun 01 avqust 2023-cü il tarixli ərizəsinə əsasən 01 avqust 2023-cü il tarixdən xx.xx.2138-ci il tarixədək vergi orqanı tərəfindən fəaliyyəti dayadırılmışdır. Bundan başqa, EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, X4 vergi orqanlarında sahibkarlıq fəaliyyəti ətir satışı ilə deyil, “ispanaq kimi yaşıl və kökü yumru tərəvəzlərin becərilməsi” ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 17.4-cü maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, X6 05 iyul 2024-cü il tarixdə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərkən, VÖEN-i dayandırılmış vəziyyətdə olduğundan, həmin zaman vəzifəli şəxs qismində qəbul edilə bilməz. Lakin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 həqiqətən də, əmək müqaviləsi olmadan ətir dükanında işçinin işə götürdüyü etiraf etmiş və bununla bağlı fiziki şəxs qismində müvafiq inzibati tənbehin çəkilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, X4 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü və 115.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 21 saylı region üzrə X7 tərəfindən qəbul edilmiş 05 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 21 saylı region üzrə X5 göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-839/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-839/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver