Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-84/2021 05.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1989-ci il təvəllüdlü, Xaçmaz rayonu, Suxtaqala-Qışlaq kəndində a qeydiyyatda olan və həmin ünvanda yaşayan AR vətəndaşı, evli, ali təhsilli, işləməyən, X2 Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli MN 01477510 saylı qərar qəbul edilmişdir. X3 qərardan şikayət verərək, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində protokol tərtib edilərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı mövcud olmamışdır. Həmin vaxt onun tərəfindən hər hansı şəxsə yerində xidmət göstərilməmiş, ərazidə hər hansı vətəndaş olmamışdır. Protokol tərtib edilərkən bu barədə bildirməsinə baxmayaraq, bu hal nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, o, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, tərtib edilən protokoldan görünür ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə vəzifəli şəxs kimi cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən X3 dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsi əsasında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 107.6 kv. metr təşkil edən AR Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, “xxxx” MMC-nin balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə icarəyə götürən fiziki şəxsdir, və o, yuxarıda qeyd edilən anlayışın məzmununa əsasən vəzifəli şəxs sayılmır.Belə olduğu halda X3 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN 01477510 saylı qərar əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilərək, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 53, 106-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından şikayəti təmin edilsin. Xaçmaz Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN 01477510 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Xəlilov
Məhkəmə qərarları › İş №3(067)-84/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-84/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver