Məhkəmə qərarları › İş №3(067)-840/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-840/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-840/2021 20.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Şikayətçi X5 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X2 28 avqust 2021ci il tarixli, MN№111376 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın ləğv edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X2 28 avqust 2021-ci il tarixli, MN №111376 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 28 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi ilə idarə eldiyi avtomaşınla hərəkətdə olarkən sonradan adını bildiyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X4 onu saxladaraq ona yaxınlaşıb qoruyucu maska taxmadığına görə cərimə olunacağını dedi. O, ona bildirmişdir ki, maskası var və istifadə edir lakin avtomaşında tək olduğu üçün maskadan istifadə etmir. Polis əməkdaşları onu saxlayarkən ona heç bir hüquq və vəzifələrini izah edilməyib, ona heç bir protokol və ya qəbul edilmiş qərar təqdim edilməyib. 28 avqust 2021- ci il tarixdə o, cərimə edilməyindən narazı olduğunu bildirmək üçün Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinə getmiş, cərimə olunmağı barədə qərarın surətinin ona təqdim edilməsini istəmişdir. Lakin həmin gün orada protokol təqdim edilidi, qərarı isə hələ sistemə vurmadıqlarını bildirdilər. O, oradan çıxıb vəkilin yanına məsləhət almaq üçün gedəndə vəkil ona bildirdi ki, protokoldan şikayət verilməsi mümkün deyi ona inzibati tənbeh haqqında qərar təqdim edilməlidir. O, yenidən Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gedərək barəsində tərtib olunan qərarın ona təqdim edilməsini istəmiş və dərhal “inzibati tənbeh vermə haqqında” Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 28 avqust 2021-ci il tarixli MN№ 111376 saylı qərarı ona təqdim edildi. Həmin qərarda qeyd olunur ki, Cahid İsgəndərlinin 28 avqust 202.1-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokola baxaraq, tərəfindən 28 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev küçəsi avtomaşında qoruyucu vasitədən istifadə edilməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə onu 100 manat məbləğində cərimə etmişdir. Məhkəmədən xahiş edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 barəsində tərtib etmiş olduğu İnzibati tənbeh vermə haqqında 28 avqust 2021-ci il tarixli MN№ 111376 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında izahat vermiş X6 bildirmişdir ki, polis əməkdaşı ona cərimə yazarkən o, avtomobildə tək olmamışdır və yanında başqa bir şəxs də var idi. Həmin şəxsə də cərimə protokolu yazılmışdır. Sumqayıt şəhər Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəb olmadan məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 28 avqust 2021-ci il tarixli MN№ ******* saylı protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan MN ******* nömrəli 28 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində cərimə olunurlar. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 28 avqust 2021-ci il tarixli MN№ ******* saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli 28 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar