Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-840/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1977-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 26 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 90OL660 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən və dövlət nömrə nişanları nəzərdə tutulmuş standartlara uyğun olmadığı üçün ərazidə xidmətdə olan Xaçmaz rayon X11 X12 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə o, özünü və sənədləri təqdim etməkdən imtina etməklə nəqliyyat vasitəsini sürüb getmək istimiş, Yol Patrul Xidmətinin əməkdaşları və sonradan əraziyə dəvət edilmiş Xaçmaz rayon X14 Patrul Xidməti əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X9 göstərdi ki, Şəxs 26 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində idarə etdiyi “Hyundi Sonata” markalı, 90OL660 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən və dövlət nömrə nişanları nəzərdə tutulmuş standartlara uyğun olmadığı üçün ərazidə xidmətdə olan Xaçmaz rayon X11 X12 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə o, özünü və sənədləri təqdim etməkdən imtina etməklə nəqliyyat vasitəsini sürüb getmək istimiş, Yol Patrul Xidmətinin əməkdaşları və sonradan əraziyə dəvət edilmiş Xaçmaz rayon X14 Patrul Xidməti əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq tədbir görülməsi üçün materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, 26 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 90OL660 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən ərazidə xidmətdə olan Xaçmaz rayon X11 X12 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, əməkdaşlar tərəfindən ona hüquq pozuntusu izah edilərək sənədlərini təqdim edilməsi təklif edilərkən həmin vaxt əsəbi olduğundan sənədləri təqdim etməkdən imtina etməklə və mübahisə yaratmaqla polis əməkdaşlarının tələblərinə tabe olmayaraq avtomobili sürüb oradan getmək istəmişdir. Hərəkətindən peşmandır və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X11 X19 yol patrul xidməti inspektoru X2 izahat verərək göstərdi ki, 26 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində digər xidmət yoldaşı İnar Xankişiyevlə birlikdə Xaçmaz şəhəri, Bakı prospektində xidmətdə olarkən həmin küçə ilə hərəkətdə olan “Hyundai Sonata” markalı, 90OL660 dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsünün nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyini və nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının nəzərdə tutulmuş standartlara uyğun olmadığını müəyyən etdiyindən avtomobilin sürücüsü Şəxs tərəflərindən saxlanılaraq qayda pozuntusu ona izah edilmiş və sənədlərini təqdim etməsi təklif olunmuşdur. X17 sənədləri və özünü təqdim etməkdən imtina etməklə nəqliyyat vasitəsini sürüb getmək istəmiş, ona saxlayaraq qanunun tələblərini izah etməsinə və dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən tərəflərindən kömək üçün yaxınlıqda olan Xaçmaz rayon X14 Patrul Xidmətinin əməkdaşları əraziyə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X11 X19 yol patrul xidməti inspektoru X7, Xaçmaz rayon X14 Patrul Xidməti bölüyünün polis nəfərləri X3 və X6 şahid qismində dindirilən Xaçmaz rayon X11 X19 yol patrul xidməti inspektoru X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Elektron məlumat sistemindən çıxarışdan görünür ki, Şəxs 2ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və 2ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-840/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-840/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver