Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-841/2023 26.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş X5 MN № ******* saylı xx.xx.2023-cü il tarixli protokol və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xətaya dair işin icraatına xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməyi barədə qərar qəbul edilməsi barədə şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərar və protokolda yazılan yazılar aydın görünmədiyi müəyyən olunmuşdur. İşə əlavə olunmuş qərar və protokoldan mübahisələndiilən qərarın və protokolun həmin şikayət vermiş şəxs barəsində tərtib olunub olunmaması müəyyən etmək olmadı. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarı və protokolu şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X6 Yanğın Nəzarəti İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş X5 MN № ******* saylı xx.xx.2023-cü il tarixli protokol və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarından verdiyi şikayəti geri qaytarılsın. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-841/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-841/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver