Məhkəmə qərarları › İş №3(067)-842/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-842/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-842/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon PŞ-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağasıyev Pərviz Çingiz oğlunun iştirakı ilə, xx.xx.1997-ci ildə Dəvəçi şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu Söhbətli kəndində yaşayan Ağasıyev Pərviz Çingiz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon Laman kəndində X5 oğlunu döymüşdür. Məhkəmə iclasında Xaçmaz rayon PŞ-nin nümayəndəsi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon Laman kəndində X5 oğlunu döymüşdür. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon Laman kəndində X3 döyməmişdir. Əlavə olaraq bildirmişdir ki, 26.01.2022-ci il tarixli qərardan şikayət etməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26.01.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Ağasıyev Pərviz Çingiz oğlunun barəsində toplanmış materiallar Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İş materiallarından görünür ki, X5 oğlunun müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ göz ətrafı və burun nahiyyələrinin qançırları, üst dodağın selikli qışasına qansızma və sağ əl nahiyyəsinin şişkinliyi bərk küt əşya (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 07.01.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəliliyi nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbehin təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1997-ci ildə Dəvəçi şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar