Məhkəmə qərarları › İş №3(067)-842/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-842/2025

28.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-842/2025 28.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədirliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Protokolu tərtib edən şəxs Xaçmaz RPŞ-nin əməkdaşı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Xaspolad-oba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində Xaçmaz rayonu Polis Şöbəsində ictimai qaydanı pozub ucadan ünvansız nalayiq söyüşlər söyüb, şöbənin normal iş rejimini pozmuş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq buna məhəl qoymayıb öz hərəkətlərini davam etdirmiş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində Şəxs Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı kobudcasına pozaraq ucadan ünvansız nalayiq söyüşlər söyməklə və səs-küy salmaqla şöbənin normal iş rejimini pozmuş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, buna məhəl qoymayıb öz hərəkətlərini davam etdirmiş və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs qeyd olunan hərəkətləri təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, qanunazidd əməl törətməmiş, polis şöbəsində olarkən sadəcə öz etirazını bildirmiş, nalayiq söyüşlər söyməmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində Şəxs Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında heç bir səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozaraq ucadan ünvansız nalayiq söyüşlər söymüş, səs-küy salaraq polis şöbəsinin normal işini pozmuş, o özü və səs-küyü eşidib gəlmiş digər polis əməkdaşları tərəfindən dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu edilən xəbərdarlıqlara məhəl qoymayıb öz hərəkətlərini təxminən 10 dəqiqəyə yaxın davam etdirmiş və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10:15 radələrində Şəxs Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq ucadan ünvansız nalayiq söyüşlər söyməklə şöbənin normal iş rejimini pozmuş, qonşu otaqdan səs-küy və söyüşləri eşidib gəlmiş, o özü və digər polis əməkdaşları tərəfindən dəfələrlə Şəxs nizam-intizama dəvət etmiş, lakin sonuncu onlara məhəl qoymayıb öz hərəkətlərini təxminən 10 dəqiqə ərzində davam etdirmiş və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 iş üzrə dindirilmiş X1 izahatına oxşar izahat vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Onun törətdiyi əməl xırda xuliqanlıq kimi tövsif olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:15 radələrində Xaçmaz rayonu Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı pozub ucadan ünvansız nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xəta törətmişdir. - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hadisə ilə bağlı izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, özünün səmimi etirafı, şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 may 2025-ci il saat 15:20-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar