Məhkəmə qərarları › İş №3(067)-843/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-843/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-843/2021 10.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Xaçmaz rayonda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonunun Armud-padar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 13 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində gəlini X3 vurması nəticəsində ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, X5 onun gəlinidir və onunla bir evdə yaşayır. 13.07.2021-ci il tarixdə Həcər ona zəng edib onu və uşaqlarını iş yerindən götürməsini xahiş etmişdir. Saat 17-30 radələrində Həcər və uşaqları ilə birlikdə evə qayıdarkən yolda Həcərdən niyə qızı ilə yola getmədiyini soruşmuşdur. Bu zaman Həcər onun üstünə qışqıraraq maşını saxlamasını tələb etmişdir. Maşını saxladıqdan sonra Həcər uşaqları ilə birgə maşından düşərək geri qayıtdığını bildirmişdir. Həmin gün gecə saat 22-30 radələrində Həcərin evə qayıtmasını və öz otağına keçməsini görmüşdür. Bu zaman onun Həcərə evə niyə qayıtdığını və onun evində ona yer olmadığını demişdir. Bu zaman aralarında yaranmış mübahisə zamanı ona sillə ilə vurmuşdur. Əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh növü təyin edilməsini xahiş edir. Məhkəmədə izahat vermiş X5 bildirmişdir ki, Şəxs onun qaynatasıdır və onunla eyni evdə yaşayır. Həyat yoldaşı Sultanov Kamil 2020-ci ildə məhkum olunmuşdur. Özü isə Xaçmaz şəhərində uşaq evində çalışır.13 iyul 2021-ci il tarixdə qaynatası Şəxs zəng edərək onu və uşaqlarını bibisinin evindən götürərərək evə aparmasını istəmişdir. Şəxs onları öz maşını ilə evə apararkən yolda ondan qızı ilə niyə yola getmədiyini soruşmuşdur. O maşını saxladaraq uşaqları ilə maşından düşmüş və geri qayıtmışdır. Axşam saat 22-30 radələrində uşaqları ilə qaynatasının evinə getmişdir. Bu zaman anası - X4 da onunla getmişdir. Anası içəri gəlməyib maşında oturmuşdur. İçəri girərkən qaynatası onu üzərinə gələrək ondan evdən çıxıb getməsini tələb etmiş və ona 2 dəfə sillə vurmuşdur. X8 ilə birlikdə onu küncə sıxışdırmışlar və bu zaman uşağı qaçaraq anasını maşından çağırmışdır. Anası gələrək onları ayırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və onun barəsində qanunvericiliyə müvafiq qaydada tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 10 avqust 2021-ci il tarixli Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, X2 hər iki bazu və sol said nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yerinə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki Şəxs 13.07.2021-ci il tarixdə saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı X1 ilə vuraraq Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətmişdir. Məhkəmə, Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını və təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar