Məhkəmə qərarları › İş №3(067)-843/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-843/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-843/2023 04.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılan şəxs X2 iştirakı ilə, X2, xx.xx.1959-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xaçmaz rayonu, Qımı-Qışlaq kəndində qeydiyyatda olan və yaşayan X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15765622 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Baş Polis İdarəsi X6 İdarəsinin inzibati xəta haqqında iş üzrə 18 iyul 2023-cü il tarixli, EQ 15765622 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirili bilinərək 50 manat məbləğində inzibati cərimə olunmuşdur X3 məhkəməyə müraciət edərək haqqında çıxarılan xx.xx.2023-cü il tarixli, EQ 15765622 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə EQ-15765622 nömrəli elektron qərarın Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Həmin qərarın məvcud olması ona xx.xx.2023-cü ildə onun mobil telefonuna asan pay vasitəsi ilə mesaj kimi gələrək ona məlum olmuşdur. O, Xaçmaz rayon DYP şöbəsindən maraqlanmış və ona xx.xx.2023-cü il tarixli EQ 15765622 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini təqdim etmişlər. İdarə etdiyi Opel Asrta markalı avtomaşın ona məxsusdur. Həmin avtomaşınla o xx.xx.2023-cü ildə Gəndob-Xaçmaz-Yalama yolunun 27 km-də olan Qafqaz benzin doldurma məntəqəsində benzin doldurub və yenidən əks istiqamətə hərəkət etmiş hərəkət surəti saatda 80-90 km olub. Ona görə ki, o, benzin doldurma məntəqəsindən çıxdıqdan sonra onun üçün heç bir sürəti qadağan edən yol nişanı yox idi. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli EQ-15765622 nömrəli qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsinin tələblərini pozduğuna görə 50 (əlli) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 15765622 qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar,həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin məhkəmə iclasında bildirdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və digər sənədlərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 15765622 saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar