Məhkəmə qərarları › İş №3(067)-844/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-844/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-844/2021 10.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxx 1985-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonunun Armud-padar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 13 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində qardaşının yoldaşı - X2 döyməsi nəticəsində sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, X4 onun qardaşının yoldaşıdır və onunla bir evdə yaşayır. 13.07.2021-ci il tarixdə axşam saat 22-30 radələrində evində istirahət etdiyi vaxt atası ilə qardaşının yoldaşının eyvanda mübahisə etdiklərini eşidərək onlara yaxınlaşıb narazıçılığını bildirmişdir. O, Sultanova Həcərə qarşı xəsarət yetirəcək əməl törətməmişdir, ondan yalnız evindən çıxmasını və həmin evdə yaşamamasını tələb etmişdir. Özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə izahat vermiş X4 bildirmişdir ki, Şəxs onun qaynıdır və onunla eyni evdə yaşayır. Həyat yoldaşı Sultanov Kamil 2020-ci ildə məhkum olunmuşdur. Özü isə Xaçmaz şəhərində uşaq evində çalışır.13 iyul 2021-ci il tarixdə qaynatası Sultanov Əhmədə zəng edərək onu və uşaqlarını bibisinin evindən götürərərək evə aparmasını istəmişdir. Sultanov Əhməd onları öz maşını ilə evə apararkən yolda ondan qızı ilə niyə yola getmədiyini soruşmuşdur. O maşını saxladaraq uşaqları ilə maşından düşmüş və geri qayıtmışdır. Axşam saat 22-30 radələrində uşaqları ilə qaynatasının evinə getmişdir. Bu zaman anası - X3 da onunla getmişdir. Anası içəri gəlməyib maşında oturmuşdur. İçəri girərkən qaynatası onun üzərinə gələrək ondan evdən çıxıb getməyi tələb etmiş və ona 2 dəfə sillə vurmuşdur. Qaynı Şəxs qaynatası ilə birgə onun üzərinə hücum çəkmişdir. Anası gələrək onları ayırdığı zaman Şəxs onun anasının barmaqlarını sıxaraq itələmiş, daha sonra isə onu da itələyərək çölə çıxarmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyə müvafiq qaydada tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 10 avqust 2021-ci il tarixli Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, X1 hər iki bazu və sol said nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yerinə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki Şəxs 13.07.2021-ci il tarixdə saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı X2 döyərək xəsarət yetirməklə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətmişdir. Məhkəmə, Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını və təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar