Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-847/2020 02.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, “xxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə saat 11-30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsi 3 ünvanında yerləşən “xxxxxxxxxxxxx” ASC-nə məxsus obyektdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyenik nəzarət rejimləri dövründə tələblərin pozulması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11-30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsi 3 ünvanında yerləşən “xxxxxxxxxxxxx” ASC-nə məxsus obyektdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyenik nəzarət rejimləri dövründə tələblərin pozulması faktı aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan “xxxxxxxxxxxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : “xxxxxxxxxxxxx” MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-847/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-847/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver