Məhkəmə qərarları › İş №3(067)-847/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-847/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-847/2022 05.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Xaçmaz rayon X13 X14 İTÜ baş inspektoru polis kapitanı X7, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X6 müraciət edərək, Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X10 tərəfindən onun barəsində qəbul olunmuş TP ******* nömrəli 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat cərimə inzibati tənbeh qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X10 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 şikayət ərizəsini müdafiə edib, şikayət ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf edir və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə qərar qəbul ediləcəyi halda etiraz etməzdi. Lakin onun barəsində İXM-nin 334.1-ci maddəsi ilə qərar qəbul olunmasından narazıdır, qərar qəbul edilərkən onun izahatı alınmamış, o inzibati xəta haqqında icraatda iştirak etməmişdir, onun inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş və bununla hüquqları pozulmuşdur. Onun inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin olunsaydı, müvafiq vəsatətlər və izahatlar verərdi. Qeyd olunanları nəzərə alaraq Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X10 tərəfindən onun barəsində qəbul olunmuş TP ******* nömrəli 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat cərimə inzibati tənbeh qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X10 barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Xaçmaz rayon X13 X14 İTÜ baş inspektoru polis kapitanı X11 izahatında göstərmişdir ki, X6 15.03.2022-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi Volksvagen Passat minik markalı **-SK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ilə hərəkətdə olarkən, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru Həmzəyev Nürəddin Daşdəmir oğlu tərəfindən saxlanılmış, onun içkili olduğu müəyyən olunmuşdur. Həmçinin o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. X1 hüququ AR İXM-nin 529.3-cü maddəsi ilə məhdudlaşdırılmışdır. X6 barəsində qəbul edilmiş qərarın əsaslı olduğundan qüvvəsində saxlanmasını, verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edir ki, X6 barəsində Xaçmaz rayon X13 X18 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 25 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon X13 X18 tərəfindən təqdim olunmuş X6 barəsində toplanmış icraat materialı öyrənilərkən müəyyən edilmişdir ki, hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, aparılmış icraat zamanı X2 hüquqları pozulmuşdur. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, X2 avtomobili sərxoş halda idarə etməsi faktı mübahisələndirilmir və Nizami Hüseynov avtomobili spirtli içki təsiri altında idarə etməsini etiraf edir. Lakin, o, özünü İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bildiyindən, qərardan şikayət vermək məcburiyyətində qalmışdır. O, inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmədiyindən, qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilməmişdir. Məhkəmə Xaçmaz RPŞ-nin DYPB-də X6 barəsində toplanmış materialı nəzərdən keçirib müəyyən etmişdir ki, həqiqətən də X6 inzibati xəta haqqında iş üzrə icraatda iştirakı qanunla müəyyən edilmiş qaydada təmin edilməmiş və bununla da, hüquqları pozulmuşdur. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X3 icraatda iştirak etmək üçün dəvət etməmiş və iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X6 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X13 X18 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X13 X18 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon X13 X17 göndərilsin. Şikayət qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar