Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-848/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, X25 küçəsi, ev 80 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 04 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X16 rəhbərlik etdiyi Xaçmaz şəhəri, N.Nərimanov küəsində yerlşən “Xəzər” marketdən 5 manat 18 qəpik olan bir ədəd ət tşonkasını, 11 yanvar 2022-ci il tarixdə Xaçmaz şəhəri, Nizami Məmmədov küçəsində yaşayan X12 məxsus 50 manat dəyərində xoruzu, 21 yanvar 2022-ci il tarixdə X17 məxsus ünvan 4 ünvanda yerləşən evindən 1 ədəd 10 manat dəyərində qazanı, 28 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Armudapadar kəndində yaşayan X4 administrator kimi fəaliyyət göstərdiyi “Gülüstan” adlı restorandan ümumi dəyəri 100 manat olan istifadəyə yararsız alüminium materialdan olan 01 ədəd qapı və 01 ədəd pəncərəni, 05 fevral 2022-ci il tarixdə X1 şəhəri, D.Bünyatzadə küçəsi, ev 30 ünvanda yerləşən evinin həyətindən təzə inşa edilmiş 2 mərtəbəli evin ptaqlarına çəkilmiş işıq naqillərini, 06 mart 2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan X14 ünvan 7 evindən 1 ədəd 40 manat dəyərində işıq gücləndiricini və həyətindən 01 ədəd 40 manat dəyərində su matorunu, 24 fevral 2022ci il tarixdə Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi, ev 30-da kirayədə yaşayan X9 məxsus Xaçmaz şəhəri Əlövsət Quliyev küçəsində yeni tikilməkdə olan evinin suvağını sökməklə oradan 22 metr uzunluğunda elektrik naqillərini, 03 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, 20 yanvar küçəsi, ev 8-də yaşayan X11 Xaçmaz rayonu, Sabir-oba kəndində yerləşən qaynatasının evindən ona məxsus 01 ədəd işlənmiş tozsoranı və 01 ədəd qazanı, 08 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, Sabir-oba kəndində yaşayan X22 məxsus Xaçmaz-Xudat yolunun kənarında yerləşən avtomobillərin ehtiyat hissələri mağazasının qarşısından 01 ədəd 54 manat dəyərində və 01 ədəd 83 manat dəyərində ümumilikdə 2 ədəd avtomobil təkərlərini, 23 mart 2022-ci il tarixdə X3 məxsus ünvan 8 ünvanında yerləşən evindən 60 manat dəyərində 01 ədəd peyk aparatı oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, ailəsi birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, X25 küçəsi, ev 80 ünvanında yaşayır. İlk dəfə inzibati xəta əməlini törətdoiyini və törətmiş inzibti xəta əməlinə görə səmimi peşmançılıq hissi keçiridiyini bildirməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis kapitanı X18 21 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X23 21 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X23 31 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X23 07 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X24 13 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 16 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X6 04 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X24 13 mart 2022 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X24 18 mart 2022 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X27 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X23 02 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxslər X11, X14, X30 və X2 ərizələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, İş materiallarında X10, X16, X36 oğlunun, X4, X7 və X8 ərizələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-848/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-848/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver