Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-849/2024 11.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz rayon X3 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, yanacaq doldurma məntəqəsində mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Xaçmaz-Quba yolunda polis əməkdaşları ilə aralarında yaranmış mübahisə zamanı onların ünvanına nalayiq ifadələr işlədərək, qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X3 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs yaxın tanışı tərəfindən Xaçmaz rayonunun ərazisində yerləşən İntizar şadlıq sarayında keçirilən toy şənliyinə dəvət olunub. Yaxın yoldaşı ilə həmin toyda iştirak ediblər, təxminən saat 19:30 radələrində toyu tərk etdikdə Xaçmaz rayon istiqamətinə gələrkən, ödənişli yol istiqamətində yanında olan dostu volqa markalı avtomaşını idarə edərkən gəlib ödənişli yolun girişində qarşıda dayanıb, yenicə elə ödəniş edib təzəcə elə yola çıxmaq üzrə olan VAZ 21115 markalı avtomaşına çarpıb bu zaman həmin orda işləyən mühafizəçilər və xidmətdə olan əməkdaş yaxınlaşıb hadisə yerinə. Bəs bildiriblər ki, yəni bu gediş-gəlişin bağladığınız üçün təcilli maşını tərk edib çıxarmaq lazımdır ki, yol bağlanmasın. Bu zaman digər əməkdaş yanında olan digər əməkdaş mübahisə yaradıb maşını çıxarmayacağını bildirərək etiraz edib və burda mübahisə olub. Mübahisə zamanı ondan tələb olunub ki, maşını geri versin yolu boşaltsın. Geri verəndə əsəbindən vurub maşını səkinin üzərinə çıxararaq vəziyyəti daha da ağırlaşdırmışdır. Onlar görüblər ki, artıq qarşısını almaq olmur, ikisi bir yerdə olublar orda, X5 Xidmətinin əməkdaşları hadisə yerinə dəvət olunub gəliblər. Həddindən artıq sərxoş halda olduqları üçün yəni tabesizlik göstərdikləri üçün, heç cür yola gəlməkləri mümkün olmadığı üçün, yenə mübahisə davam eləyib. Təkrar görüblər ki, mümkün deyil Post Patrul Xidmətinin əməkdaşları dəvət olunub. Yəni mübahisə ikisi bir yerdə olanda olub, əsas sürücüdən başlayıb və əməkdaş da onun yanında olub, əməkdaşlarını söyülüb, təhqir edib. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, həmin günü həddindən artıq çox içkili olduğu üçün tam olaraq xatırlamır. Etdiyi əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini və bir daha belə hallara yol vermiyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X2 Şöbəsində mülki mühafizəçi Şahid1 göstərdi ki, hadisə vaxtı Quba-Xaçmaz yolundan xidmətdə idi. Sürücünün içkili olduğunu hiss elədi, yaxınlaşıb birinci özünü təqdim edərək intizama dəvət etdi. Buna baxmayaraq, sürücü məhəl qoymadı və nalayiq ifadələr, söyüşlər söyməyə, əl-qol atmağa başladı. Bundan sonra polis əməkdaşlarını dəvət etdi. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru Şahid2 göstərdi ki, rayon polis şöbəsindən məlumat daxil oldu ki, ödənişli yolda yol nəqliyyat hadisəsi var, dərhal yaxınlaşın ora, qısa bir zamanda biz həmin ödənişli yola yaxınlaşdıq və oranın mühafizəçisindən soruşdum ki, orda iki nəfər idi maşın beton bardyora dəyib qalxmışdı. Ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra nəqliyyat vasitəsinin kim tərəfindən idarə edildiyini soruşduqda Şəxs onunla ucadan danışmağa başlamış bu zaman o, sonuncuya səs tonunu aşağı salmasını istədikdə sonuncu ona qarşı təpik, yumruq və ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, mübahisənin daha da gərginləşəcəyini başa düşərək rayon polis şöbəsinə bu haqda məlumat verərək onlardan dəstək istəmişdir. Onun bu mürciətinə əsasən hadisə yerinə dəstək üçün gələn digər əməkdaşlar vasitəsi ilə onları rayon polis şöbəsinə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli, 234 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2024-cü il tarixdə saat 21:40 radələrində inzibati qaydada tutulduğundan həbsin əvvəli 09 iyul 2024-cü il tarixdən saat 21:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 09 iyul 2024-cü il tarixdən saat 21:40-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-849/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-849/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver