Məhkəmə qərarları › İş №3(067)-851/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-851/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-851/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1969-cu ildə Xaçmaz rayonunun Mürşüd-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli,Xaçmaz rayonunun Gödəkli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: : Şəxs xx xxxx 2020-ci il tarixdə X2 vuraraq döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, zərərçəkmiş şəxs X3 onun qonşusudur. xx xxxx 2020-ci il tarixdə Eyyub Balabəyovla mübahisə etmiş və onu döymüşdür. Törətdiyi əmələ görə Eyyub Balabəyovdan üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X3 bildirmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun qonşusudur. xx xxxx 2020-ci il tarixdə Şəxs onunla mübahisə etmiş və onlar qarşılıqlı olaraq bir birilərini vuraraq xəsarət yetirmişlər. Hazırda onlar barışmışlar. İnzibati xəta törətmiş şəxs Şəxs heç bir tələbi və şikayəti yoxdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxsnun əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 38, 43-48, 53, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materialın icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar