Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-851/2025 03.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 29 may 2025-ci il tarixli, 01400-04337/2025 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməiş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. İnzibati materialdan da görünürki, hüquqi şəxs Şəxs MMC rəsmi qeydiyyatda olduğu yer ünvan 1-dır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsünvan 1-də qeydiyyatda olması ona dəlalət edir ki, sözügedən inzibati işə Xaçmaz rayon məhkəməsinə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1-ci maddəsinə əsasən işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2-ci maddəsinə əsasən işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2025-ci il tarixli Qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxslər tərəfindən törədildikdə, belə inzibati xəta haqqında işlərə ərazi aidiyyəti üzrə hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, sözügedən inzibati işə Xaçmaz rayon məhkəməsində baxılması mümkün olmadığından inzibati material aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106və 112-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXP-nin 485.2-ci maddəsilə Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 29 may 2025-ci il tarixli, 01400- 04337/2025 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-851/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-851/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver