Məhkəmə qərarları › İş №3(067)-852/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-852/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-852/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1952-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, A.Səhhət küçəsi 28 saylı evdə yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə toplanmış sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Gödəkli kəndi ərazisində su arxı üstündə bağ qonşusu Nəzirə Ağayevanı itələmiş, onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədə izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Gödəkli kəndi ərazisində su arxı üstündə bağ qonşusu Nəzirə Ağayevanı itələmiş, onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Gödəkli kəndi ərazisində su arxı üstündə bağ qonşusu Şəxs onu itələmişdir. Hazırda onlar barışmışlar. Heydərdən heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Xaçmaz rayonu Gödəkli kəndi ərazisində su arxı üstündə bağ qonşusu Nəzirə Ağayeva ilə mübahisə etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu məddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,40, 43,53, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1952-ci ildə Xaçmaz şəhərində anadan olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə başlanmış icraata həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar