Məhkəmə qərarları › İş №3(067)-856/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-856/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-856/2022 11.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi , Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN;**********) 2019 və 2021-ci illərdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “qabığı təmizlənmiş və təmizlənməmiş fındıq” məhsullarının Rusiya Federasiyasına 11 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 352341.57 ABŞ dolları dəyərindəki (598980.66 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 352341.57 ABŞ dolları dəyərindəki (598980.66 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədi ilə Şəxs MMC-nin icraçı direktoru X1 Bölməsinə dəvət olunaraq sorğu-sual olunmuş, izahatında bildirmişdir ki, təmsil etdiyi şirkətin əsas fəaliyyəti fındıq məhsulunun əhalidən tədarükü, emalı və xarici ölkələrə satışından ibarətdir. O, qeyd etmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan ”KREPKİY OREŞEK” şirkəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 1/2019 saylı müqaviləyə əsasən 2019 və 2021-ci illər ərzində fındıq yükləri ixrac olunmuşdur. ”KREPKİY OREŞEK” şirkəti ixrac olunmuş fındıq yüklərinin müqabilində 8 gömrük bəyannaməsi üzrə cəmi 445.83 ABŞ dolları ödəməmişdir ki, bunun da səbəbi həmin fındıq yüklərində ixrac olunarkən quruma prosesinin baş verməsi ilə bağlıdır. Şəxs MMC-nin ixrac etdiyi 11 gömrük bəyannaməsi üzrə fındıq yüklərinin müqabilində 352341.57 ABŞ dolları dəyərindəki (598980.66 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin ödənilib-ödənilməməsini müəyyən etmək məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinə xx.xx.2022-ci il tarixli 34/013/002759 saylı xidməti qeydinə əsasən Şəxs MMC-nin ödənilməyən 8 gömrük bəyannaməsi üzrə cəmi 445.83 ABŞ dolları ( 757,91 manat kurs: 1 ABŞ dollar =1,70 AZN) vəsaiti qalmışdır. Qalan məbləğlər isə tam şəkildə Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC səkkiz bəyannamə üzrə ( 757,91 manat kurs: 1 ABŞ dollar =1,70 AZN) vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC-nin konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 757.91 manat valyuta vəsaiti az miqdar təşkil etmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-0700/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs səlahiyyətli nümayəndəsi X4 inzibati xətanın törədilməsini etiraf edərək, daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN;**********) 2019 və 2021-ci illərdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “qabığı təmizlənmiş və təmizlənməmiş fındıq” məhsullarının Rusiya Federasiyasına 11 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 352341.57 ABŞ dolları dəyərindəki (598980.66 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Gömrük bəyannaməsində malın dəyərinin ödənilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 35%, yəni 156,04 ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar