Məhkəmə qərarları › İş №3(067)-856/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-856/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-856/2023 03.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 tərəfindən 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X1 tərəfindən X3 Polisi Bölməsinin 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 tərəfindən X3 Polisi Bölməsinin 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət üzrə toplanmış material natamamdır. Belə ki, qeyd olunan materiallarda 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərar onun tərəfindən nə vaxt alınması ilə əlaqədar hər hansı bir sənəd işə əlavə edilməmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi araşdırılmalı və dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki işin aidiyyəti üzrə göndərilməsi və ya baxılması məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Azərbaycan Respublikası İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, X1 tərəfindən 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən 07 iyul 2023-cü il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar