Məhkəmə qərarları › İş №3(067)-859/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-859/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-859/2021 15.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1970-ci ildə Xaçmaz rayonda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, AR CM-nin 152-ci maddəsi ilə əvvələr məhkumluğu olan Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs 12 iyul 2021-ci il tarixdə saat 08:00 radələrində X3 vurması nəticəsində onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, Xaçmaz rayonu Qaraçı kəndində yaşayır. 12 iyul 2021-ci tarixdə X5 ilə özünəməxsus sahədə su üstündə aralarında mübahisə olmuşdur. Bu zaman onlar bir-birinin ünvanına nalayiq söyüşlər işlətmişlər. Əlavə olaraq Ağacamal X1 şər atdığını və ona hər hansı xəsarət yetirmədiyini və onu döymədiyini bildirmişdir. Məhkəmədə izahat vermiş X4 bildirmişdir ki, Xaçmaz rayonu Ustacəlli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 12 iyul 2021-ci il tarixdə özünəməxsus bağa su qoymuşdur. Bağa gələrkən görmüşdür ki Ağacamal Məmmədhüseynov onun qoyduğu suyu öz bağına buraxıb. Ağacamala öz narazıçılığını bildirəndə Ağacamal əlində olan bel ilə onun üzərinə hücum çəkib bel ilə ağzına zərbə endirmişdir. O Ağacamalın əlindən beli aldıqdan sonra Ağacamal yenidən yumruq ilə onun sifətinə vurmuşdur. O Ağacamalın bu hərəkətindən sonra DİN-nin 102- xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 iyul 2021-ci il tarixli Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, X2 alt dodağın sol tərəf selikli qişasına qansızma sol yanaq və sol said nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yerinə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 12.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə tərəflərin izahatından və iş materiallarından müəyyən olunur ki, Şəxs 12.07.2021-ci il tarixdə saat 08-00 radələrində aralarında yaranmış mübahisə zamanı X3 döyərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətmişdir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar