Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-859/2024 12.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 X8 inzibati təcrübə üzrə inspektoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 iyun 1990-cı ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Ləcət kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi Mervcedes Benz 190 minik markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri, R.Behbudov küçəsində hərəkətdə olan zaman əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını apararkən qarşıdan gələn Xaçmaz rayonu Qobuqlaraq kəndində yaşayan X5 idarə etdiyi Opel markalı ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsini törətmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 X8 inzibati təcrübə üzrə inspektoru Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəradan görünür ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi Mervcedes Benz 190 minik markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş, nəticədə X5 idarə etdiyi Opel markalı ** ZS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və həmin avtomobildə sərnişin qismində olan X1 yüngül zərər vuran xəsarət yetirmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; İnzibati xəta haqqında protokola əlavə edilmiş 23 iyun 2024-cü il il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, Şəxs qeyd edilən tarixdə tibbi müayinədən keçmiş və onda qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0,396 promil olmuşdur. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş alkotestr müayinəsinin nəticəsinə dair çıxarış sənədinin arxa hissəsində olan qeydən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs alkotestr müayinəsindən keçirildikdən sonra yol patrul xidməti inspektoru tərəfindən müayinənin nəticəsi elan edilməklə o, müayinə sənədi ilə tanış olmuş, müayinənin nəticəsinə etirazı olmadığını, əlavə həkim müayinəsinə ehtiyac olmadığını bildirməklə müayinə sənədinin arxa hissəsinə bu barədə qeydini yazaraq imza etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 510 saylı 28 iyun 2024-cü il tarixli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X3 alnında ortada iki yerdə əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmənin müddəti qərarda göstərilən tarixə, yəni 24 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa Yüngül zərər vurmaya aiddir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli olmasını, ailənin tək gəlir gətirən şəxsi olmasını, (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-859/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-859/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver