Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-861/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X16, Vəkil X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları xx xxx 1966-cı ildə Dəvəçi rayonunun Mollakamallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Şabran rayonunun Aygünlü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri Nəsimi küçəsində qızı X4 Respublika Psixatriya Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinə çatdırılması barədə məhkəmənin müvafiq qərarının icrası ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən o, polis əməkdaşlarına maneəçlik törətmiş, nizam-intizama dəvət edilsə də hərəkətlərini davam etdirərək hərbi Komisarlığın qarşısında polisin və digər hüquqmühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlətmiş, Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra polis şöbəsinin inzibati binasında da hüquqazidd hərəkətlərini davam etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X23 göstərdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri Nəsimi küçəsində qızı X4 Respublika Psixatriya Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinə çatdırılması barədə məhkəmənin müvafiq qərarının icrası ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən o, polis əməkdaşlarına maneəçlik törətmiş, nizam-intizama dəvət edilsə də hərəkətlərini davam etdirərək hərbi Komisarlığın qarşısında polisin və digər hüquqmühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlətmiş, Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra polis şöbəsinin inzibati binasında hüquqazidd hərəkətlərini davam etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki,xx xxxxxxxx 2020-ci il tarixdə qızı Məleykə Şamilova ilə birlikdə Xaçmaz şəhəri, Nəsimi küçəsində yerləşən Hərbi Komisarlığın yaxınlığında olarkən Xaçmaz rayon Polis Şöbəsinin bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşaraq Xaçmaz rayon məhkəməsinin qərarına əsasən qızı Şamilova Məleykənin ekspertizadan keçirilməsi üçün Respublika Psixatriya Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinə aparılması ilə bağlı Xaçmaz rayon Polis şöbəsinə dəvət etmişlər. O, bir qədər polis əməkdaşları ilə mübahisə yaratsa da, lakin onlara qarşı hüquqazidd hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Postpatrul Xidməti Bölüyü bölük komandirinin müavini, polis mayoru X12 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Xaçmaz şəhəri, Nəsimi küçəsində yerləşən Hərbi Komissarlığın qarşısında Post Patrul Xidmətinin Bölməsinin polis nəfərləri Famil Ağabalayev, Gülümbala Abdullayev, Teyfur Xələfov, X1 işləri üzrə inspektor Xəyal Allahyarovla birlikdə Şamilova Məleykənin ekspertizadan keçirilməsi üçün Respublika Psixatriya Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinə aparılması ilə bağlı X4 Respublika Psixatriya Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinə çatdırılması barədə Xaçmaz rayon məhkəməsinin qərarının icrası ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən Məleykə Şamilovanın anası Şəxs onlara maneəçilik edərək qızının heç bir yerə getməyəcəyini bildirmiş, bu zaman tərəflərindən ona qızı barəsində Xaçmaz rayon məhkəməsinin qərarının olduğu və qərarın icrasının məcburi olduğu bildirilməklə onlara maneçilik törətməməsini xahiş etmişlər. Lakin Şəxs onların heç bir sözünə məhəl qoymayaraq polisin və digər hüquqmühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlətmiş, tərəflərindən dəfələrlə nizam-intizama dəvət edilməsiə baxmayaraq özünü aqressiv apararaq hərəkətlərini davam etdirmiş, Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra da polis şöbəsinin inzibati binasında eyni xarakterli hüquqazidd hərəkətlərini davam etdirməklə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yetkinlik yaşına çatmayanlarla profilakitiki işin təşkili qrupunun inspektoru X7, Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfərləri X13 və X5 iş üzrə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin bölüyünün komandir müavini X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Xaçmaz rayon Polis Şöbəsinin həmin tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək barəsində 50 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(067)- 125/2020 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs X4 barəsində iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasından keçirilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik hüquqi şəxsə, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasından keçirilməsindən ötrü isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertizasın Mərkəzi” Publik hüquqi şəxsə çatdırılması prosessual məcburiyyət tədbiri tətbiq edilməsi barədə qərar qəbul olunmuş və zərərçəkmiş şəxs X8 təyin edilmiş ekspertizalardan keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik hüquqi şəxsə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi” Publik hüquqi şəxsə çatdırılması prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarıını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, hadisənin video yazısı, şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini və il ərizində təkrar inzibati xəta törətməsini məsuliyyətini ağırlışdıran hallar kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:20 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə aparılmışdır. Odur ki, Şəxs həbsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:20 radələrindən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Xaçmaz rayon Vəkil Bürosu vasitəsi iləhəmin büronun vəkili X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 11:20-dən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına ödənilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-861/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-861/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver