Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-861/2023 14.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Ağayev X4 rayonu Sabir-oba kəndində yaşadığı evdə formalaşan tullantı çirkab sullarını təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Ağayev X4 rayonu, Sabiroba kəndinə yaşadığı evində istifadə etdikləri zaman formalaşan texniki və tullantı sularının kənara, çöllərə təyinatsız axıdılması aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin müraciəti ilə əlaqədar Sabir-oba kəndində yaşadığı evdə əmələ gələn çirkab suların samboya yığıb öz axarı olmadığı üçün elektrik mühərriklə küçədən keçən suvarma arxına axıtmışdır. Ən qısa zamanda quyunun çirkab sularını öz axarıyla su arxına axmasını təmin edəcəkdir. İnzibati material üzrə özünü təqsirli bilərək barəsində cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan 05 iyun 2023-cü il tarixli 79423 saylı aktdan və inzibati xəta haqqında 25 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan müəyyən edilir ki, Ağayev X4 rayonu Sabir-oba kəndində yaşadığı evdə formalaşan tullantı çirkab sullarını təyinatsız olaraq suvarma arxına axıtmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: xx xxxx 1954-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-861/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-861/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver