Məhkəmə qərarları › İş №3(067)-862/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-862/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-862/2024 18.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 AQTH-nin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: X1 AQTH-nin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 AQTH-nin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət üzrə toplanmış material düzgün tərtib olunmayıb. Belə ki, şikayət ərizəsi iddia ərizəsi formasında tərtib olunub, ərizədə tərəflər “iddiaçı” və “cavabdeh” qismində qeyd olunub, hansı orqanının konkret hansı inzibati tənbehvermə haqqında qərarından şikayət olunması göstərilməyib. Qeyd olunanlara əsasən və İXM-in tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 AQTH-nin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar