Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-865/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba şəhəri, H.Əliyev prospekti 2A, mənzil 24-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində yol kənarında YPX xidməti əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs baş vermiş hadisədən peşman olduğunu bildirmişdir. Həmçinin o, 2 qrup əlil olduğunu bildirərək, polis əməkdaşları ilə barışmaq istədiyini bildirmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də DYPB-də inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində işləyən X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində yol kənarında YPX xidməti əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də YPX- inspektor vəzifəsində işləyən X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində yol kənarında YPX xidməti əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də YPX- inspektor vəzifəsində işləyən X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində yol kənarında YPX xidməti əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30-dan inzibati qaydada qaydada tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixə saat 15:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1988-ci ildə Quba rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən saat 19:30-dan, xx xxxxxxxx 2020-ci il tarixə saat 15:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 100 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-865/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-865/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver