Məhkəmə qərarları › İş №3(067)-866/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-866/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-866/2022 13.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, X3 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında (protokoldan) qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X9 X11 tərəfindən onun barəsində qəbul edilmiş İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 17.03.2022-ci il tarixdə onun Elektron kabinetinə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərlə tutulan inzibati xətanı törətməyi və buna görə 60 manat cərimə olunması barədə İXP ******* saylı protokol-qərar daxil olmuşdur. Protokolda yol ayrıcını keçmə qaydalarının pozulması və buna görə 60 mana cərimə tətbiq olunması göstərilmişdir. Protokol və qərar onun nə qeydyyyatda olduğu ünvana nə də yaşadığı ünvana göndərilməmişdir. Həmin protokolun və cərimənin qanunsuz və əsassızlığından dərhal elektron qaydada Daxili işlər nazirliyinə şikayət etmiş, protokolun qərarın foto və video görüntülərinİ onun yaşadığı ünvan 1 ünvana göndərməklərini və qanunsuz olduğundan cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayətinin qəbul olunması barədə ona elektron kabinetə cavab gəlmiş lakin yoxlamanın nəticəsi və qəbul edilən qərar barədə cavab verilməmişdir. Lakin ona cərimə ödənmədiyindən dəbbə pulu hesablanmağa başlanmışdır. X1 hesab edir ki, cərimələr və dəbbə pulunun özü də anlaşılmazdır. Çünki, protokolun-qərarın kim tərəfindən tərtib olunması göstərilməmişdir. X1 məhkəmə iclasında təfərrüatı ilə izahat verərək göstərmişdir ki, sözügedən yol ayrıcında stasionar nəzarət kameraları mövcuddur. Həmin dönmə hərəkətini yaşıl işıqda etmişdir. Yol ayrıcından 500 metr aralanandan sonra Patrul maşını onu saxlamış, Polis işçisi özünü təqdim etmədən sürücülük vəsiqəsini istəmişdir. O, vəsiqəni təqdim etmiş, saxlanma səbəbini soruduqda, polis işçisi qaydanı pozduğunu bu qayda pozuntusuna görə 60 manat cərimə nəzərdə tutulduğunu bildirmişdir. O, polis işçisinə maşın, sahibi və sürücülük vəsiqəsi haqqında məlumatların portalda olmasını, yol ayrıcında nəzarət kameralarının olmasını xatırlatmış və vəsiqəsinin geri qaytarılmasını tələb etmişdir. Polis işçisi vəsiqəni qaytarmış, heç bir sənəd tərtib etmədən onun getməyinə icazə vermişdir. Belə hesab edir ki, belə qayda pozuntusu yol ayrıcında olan texniki vasitələrlə qeydə alındığından patrul maşını onun arxasinca gəlməməli və ona cərimə məbləğini elan etməməli idi. Şikayətində tələb etsə də protokol qərar foto yə video görüntülər bu günə kimi ona göndərilməmişdir. Protokolda qayda pozuntusunun texniki vasitələrlə qeydə alınması göstərilməmişdir. Protokolun seriyası və nömrəsi isə -İXP4515047 göstərir ki, bu xəta nəzarət kameralarında qeydə alınmamışdır. Elektron kabinetinə yerləşdirilən protokol-qərarda hər hansı bir sübut göstərilməmişdir. X1 qeyd olunanlara əsasən Xaçmaz rayon X9 X11 tərəfindən ona tətbiq edilən inzibati cəzanın ləğv edilməsini məhkəmədən xahiş edir. İş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən ounur ki, İXP ******* saylı protokolda X3 idarə etdiyi ”HYUNDAİ SANTAFE” minik markalı99LA361 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarının pozulması göstərilmiş, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərlə tutulan inzibati xətanı törətməyi və buna görə 60 manat cərimə olunması barədə protokol tərtib olunaraq onun elektron kabinetinə daxil olunmuşdur. İş materiallarında olan 18.04.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, X5 İXP ******* saylı protokolun və cərimənin qanunsuz və əsassızlığından elektron qaydada Daxili işlər nazirliyinə şikayət etmiş, protokolun qərarın foto və video görüntülərinİ onun yaşadığı ünvan 1 ünvana göndərməklərini və qanunsuz olduğundan cərimənin ləğv edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayon X9 X12 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, barəsində icraat aparılan şəxsi müvafiq sənəd və hərəkətlərlə tanış etmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X4 iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X6 Daşdəmir oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 oğlu inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X9 X12 tərəfindən qəbul edilmiş İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaq məqsədilə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul olunmuş İXP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Xaçmaz rayon X9 X10 göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar