Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-867/2025 19.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəməiclas katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Bu əməli ilə Şəxs İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Şəxs nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Şəxs nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesində iştirakın mümkün olmaması səbəbindən, ərizəsində qeyd edilənlərin ifadə kimi qəbul edilməsini xahiş etmişdir. Şəxs nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla razı olduqlarını və inzibati xətanın baş verdiyini bildirmişdir. Şəxsnə İXM-nin 452.3-cü maddəsinə əsasən minimum həddə 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İş materiallarında olanvə məhkəmə baxışında tədqiq edilmiş: - ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli, Ə-142 nömrəli “Akt”ından müəyyən edilir ki, “Kakarbaksilaza”, “Vikosol”, “Oksitosin” adlı dərman vasitələrinin saxlanma rejiminə düzgün əməl olunmadığı və aptekdə anbar, müdir və sarğı material otağının olmadığı faktları aşkar edildi. Fakt üzrə İXM-nin 452.3-cü maddəsi üzrə protokol tərtib edildi. Plan üzrə (növbəti) yoxlamada Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi X3 yoxlamada iştirak etmədi. - xx.xx.2021-ci il tarixli “Sertifikasiya şəhadətnaməsi”ndən müəyyən edilir ki, X4 əczaçılıq sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində əczaçılıq (ali) ixtisas üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” PHŞ-nin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs MMC Xudat şəhəri, Axundov küçəsi (Uğur marketin yanı) ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” PHŞ-nin 02 may 2025-ci il tarixli,3-28-1/2-12928/2025 nömrəli məktubundan müəyyən edilir ki, Xudat şəhəri. Axundov küçəsi (Uğur marketin yanı) ünvanında fəaliyyət göstərən, Şəxs MMC şirkətinə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 19-xx.xx.2025-ci il tarixlərində Səhiyyə Nazirliyinin X2nin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması haqqında məlumatlandırılmışdır. - Şəxs MMC tərəfindən dərman vasitələrinin saxlanması şəraitinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 452.3-cü maddəsinə əsasənaptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 452.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli və minimum həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu və 215.1-ci və 215.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsiilə təqsirli bilinsin və 1000 (bir min) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-867/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-867/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver