Məhkəmə qərarları › İş №3(067)-868/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-868/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-868/2021 17.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələri ilə tərtib olunmuş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.4 və 327.1-ci maddələri ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 15 sentyabr 2021-ci il tarixdə saat 00:00 radələrində Mersedes Benz C180 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə edərkən Xaçmaz şəhəri, Bakı prospekti ilə hərəkət edərkən manevr edən zaman N.Nərimanov küçəsi ilə arxa-arxaya gələn Vaz 2106 markalı 40BX616 övlət qeydiyyat avtomobil ilə toqquşmuşdur. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, 15 sentyabr 2021-ci il tarixdə saat 00:00 radələrində Mersedes Benz C180 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Xaçmaz şəhəri, Bakı prospekti ilə hərəkət edərkən manevr edən zaman N.Nərimanov küçəsi ilə arxa-arxaya gələn Vaz 2106 markalı 40BX616 övlət qeydiyyat avtomobil ilə toqquşmuş və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməllərdən peşman olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbayсan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün etirafı, inzibati xəta haqqında İXP ******* saylı protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 3(067)-532/2021 saylı 06.07.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.4 və 327.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar