Məhkəmə qərarları › İş №3(067)-868/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-868/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-868/2022 16.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə2 Məhəmməd qızının və X1, X3 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin 26 aprel 2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək X4 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin, 26 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndələri şikayəti onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsi, İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə 26 aprel 2022-ci il tarixli MN ******* saylı qərar çıxarmışdır ona görə ki, işçi 16.03.2022-ci il tarixdə işdən azad edilmiş, həmin andan isə Bank hesablarında blok olduğundan onlardan asılı olmayan səbəblərə görə işçiyə son haqq hesabı 2 gün sonra 18.03.2022-ci il tarixdə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə (hər geçikdirilmiş gün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi) hesablanmışdır. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X3 nümayəndəsi izahat verərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 26 aprel 2022-ci il tarixli MN ******* saylı qərarından müəyyən olunur ki, İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulduğuna görə 1200 (bir min iki yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X4 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2022-ci il tarixli MN ******* saylı saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxsin İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2022-ci il tarixli MN ******* saylı saylı qərarından verilmiş şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar