Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-868/2025 19.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiallara Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «X2» Publik hüquqi şəxsin böyük müfəttişi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, 23 may 2025-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında Şəxs tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardadına əsasən toplanmış inzibati materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «X2» Publik hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs aptekin yoxlanılması üçün ikinci yoxlanış açılmalıdır. Aptekdə nöqsanlar aşkar edilmişdir. Belə ki, aptekin ərazisi kiçildilmiş, lakin bu barədə Səhiyyə Nazirliyinə məlumat verilməmişdir. Bu səbəbdən aptekdə aparılmış yoxlamanın nəticəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı, 23 may 2025-ci il tarixli, MN №2156669 saylı protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 izahatı ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Şəxs adlı Aptekində nöqsanlar aşkar edilmişdir. Belə ki, aptekin ərazisi kiçildilmiş, lakin bu barədə Səhiyyə Nazirliyinə məlumat verilməmişdir. Bu səbəbdən aptekdə aparılmış yoxlamanın nəticəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «X2» Publik hüquqi şəxsin 30 aprel 2025-ci il tarixli qərarından müəyyən olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasinin Qanununun 17-cl maddəsinə uyğun olaraq ünvan 2 ünvanında Şəxs aptekində plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq ediİmiş AR Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinə əsasən xx.xx.2025 xx.xx.2025-cü il tarixlərdə ünvan 2 ünvanında Şəxs aptekində plan üzrə (növbəti) yoxlama həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «X2» Publik hüquqi şəxsin 23 may 2025-ci il tarixli Pərakəndə satış əczaçılıq müssisələrinin plan üzrə (növbəti) yoxlama aktından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 11-30 radələrində ünvan 2 ünvanında Şəxsndə “Aptek təşkilatİarına dair tələblərə riayət olunmadığı aşkar edilmişdir (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli Qərarı, 3 nömrəli əlavə). Belə ki, obyektin ümumi sahəsinin yan tərəfdən kiçildilməsi, buna bağlı olaraq anbar otağında qapalı və siyirməli dolabların sayının azaldılması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli Qərarı, 3 nömrəli əlavəsinin 4.1-ci bəndinə əsasən aptekin vəzifə və funksiyaları aşağıdakılardır: - 4.1.1. aptekin əsas vəzifəsi əhaliyə resept əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), resept əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, optik ləvazimatların, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsullarının (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsullarının, təbii mineral suların, bioloji aktiv qida məhsullarının və şəxsi sanitariyagigiyena mallarının, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin pərакəndə satışı ilə məşğul olmaqdır. - 4.1.2. aptek öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakıları etməlidir: - 4.1.2.1. dərmаn vаsitələrinin aptek daхilində hazırlanması üzrə mövcud nоrmativ sənədlərə və ölçmə vasitələrinin dövri yoxlanmasına riayət etmək; - 4.1.2.2. saxlanma qruplarına uyğun malların çeşidini müəyyənləşdirmək və bu çeşidin azalmayan istiqamətdə sabitliyini təmin etmək; - 4.1.2.3. əczaçılıq bazarında nоmenklatura və qiymətlər üzrə dərman və tibb vasitələrinə olan tələbatı öyrənmək və fəaliyyətini bu tələbata uyğunlaşdırmaq - 4.1.2.4. dərman vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində istifadə təlimatının olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etmək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli Qərarı, 3 nömrəli əlavəsinin 4.2-ci bəndinə əsasən aptekin yerləşdirilmə normativləri: - 4.2.1. aptek ayrıca binada və yахud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. - 4.2.2. aptek aşağıdakı şöbə və otaqlara malik olmalıdır: - 4.2.2.1. inzibati-məişət sahəsi (dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin edən, ventilyasiya sistemi ilə təchiz olunmuş anbar otağı, müdir otağı, işçi heyət üçün ayrılmış otaq, sanitar normalara uyğun təşkil olunmuş sanitariya qovşağı və s.); - 4.2.2.2. material otaqları (ən azı iki; sarğı materiallarının, psixotrop maddələrin, dərman maddələrinin saxlanılması üçün otaqlar); - 4.2.2.3. satış şöbəsi (əhaliyə xidmət sahəsi – satış zalı): a) reseptura şöbəsi (resept əsasında buraxılan dərman vasitələrinin satışı); b) əl-satışı şöbəsi (reseptsiz buraxılan dərman vasitələrinin və tibb vasitələrinin və s. satışı). - assistent otağı (dərmanların hazırlanması üçün); - distillə otağı (distillə suyunun və/və ya apirogen suyun alınması üçün); - yuma otağı (aptek qablarının yuyulması üçün); - qablaşdırma və köməkçi otağı; - sterilizasiya (avtoklav) otağı; - aseptik blok Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 01 nömrəli Qərarı, 3 nömrəli əlavəsinin 4.3-cü bəndinə əsasən aptekin otaqlarının divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik оlmalıdır. - 4.4. Avadanlıqla təchizat: - 4.4.1. aptek həyata keçirdiyi funksiyalara uyğun оlaraq aşağıdakılar da daxil olmaqla xüsusi avadanlıqlar və ölçmə vasitələri ilə təmin edilməlidir: - 4.4.1.1. dərmаn vаsitələrinin və tibb vasitələrin saхlanması üçün siyirmələri olan qapalı dolablara malik aptek mebeli ilə; - 4.4.1.2. termоlabil malların saхlanması üçün lazım olan temperatur rejimini təmin etmək üçün saxlanılan malların həcminə uyğun əczaçılıq soyuducu ilə; - 4.4.1.3. aptekin sahəsinə müvafiq olan kondisionerlə (və ya kondisionerlərlə); - 4.4.1.4. хüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saхlanması üçün şkaflarlа; - 4.4.1.5. ventilyasiya sistemi ilə təchiz edilmiş anbar otağı ilə; - 4.4.1.6. temperaturu və nisbi rütubəti təyin edən cihazlarla (termometr, termohiqrometr, psixrometrik hiqrometr); - 4.4.1.7. psixotrop maddələrin saxlandığı material otağında qapıları kilidlənən xüsusi dəmir seyf, taxta şkaflar və siqnalizasiya xəbərdarlıq sistemi ilə; - 4.4.1.8. dərman vasitələrinin hazırlanması üçün texnoloji avadanlıqla və ölçmə vasitələri ilə; - 4.4.1.9. hazırlanmış dərman vasitələrinin keyfiyyətini yoxlamaq üçün avadanlıq (analitik masa və s.), ölçmə vasitəsi və reaktivlərlə; - 4.4.1.10. dərman vasitələrinin kütləsini (müxtəlif tərəzilər və çəki daşları) və həcmini (müxtəlif ölçmə qabları) təyin etmək üçün ölçmə vasitələri ilə. - 4.4.2. aptekdə reseptar-provizor (reseptura şöbəsinin işçisi) və əl-satışı şöbəsində işləyən əczaçı (və ya provizor) üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş iş yerləri təşkil оlunmalıdır. - 4.4.3. aptekdə su və elektrik enerjisi təchizatı, sanitariya qovşağı, dezinfeksiya rejiminin təmin оlunması üçün dezinfeksiyaedici vasitələr və təsərrüfat inventarları olmalıdır; - 4.4.4. aptekdə resept əsasında dərmanların hazırlanması nəzərdə tutulmadıqda müvafiq otaqlar və sahələri azaltmaq mümkündür. - 4.4.5. aptek internet şəbəkəsinə qoşulmuş kompüterlə təchiz edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «X2» Publik hüquqi şəxsin 23 may 2025-ci il tarixli Pərakəndə satış əczaçılıq müssisələrinin plan üzrə (növbəti) yoxlama aktından da göründüyü kimi xx.xx.2025-ci il tarixdə saat 11-30 radələrində ünvan 2 ünvanında Şəxsndə “Aptek təşkilatİarına dair tələblərə riayət olunmadığı, yəni obyektin ümumi sahəsinin yan tərəfdən kiçildilməsi, buna bağlı olaraq anbar otağında qapalı və siyirməli dolabların sayının azaldılması müəyyən edilmişdir. Qeyd olunan tarixdə Şəxsndə “Aptek təşkilatİarına dair tələblərə riayət olunmadığını məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 da izahatında etiraf etmiş və aşkar olunmuş nöqsanların aradan qaldırıldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3.-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-868/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-868/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver