Məhkəmə qərarları › İş №3(067)-869/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-869/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-869/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qobu-qıraq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m üəyyən etdi : Şəxs xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X7 N.Nərmanov küçəsində yerləşən Xəzər çay evindən ona məxsus 20 manat dəyərində “Nokia” markalı mobil telefonunu, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, M.ünvan 2 ünvanında yaşayan X8 nəzarət etdiyi dayısı qızı Elmiraya məxsus evindən 1 ədəd ümumi dəyəri 80 manat olan noutbukunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kənd sakini X11 işə düzəltmək adı ilə 55 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Manaf-oba kənd sakini X5 məxsus fındıq bağına daxil olaraq oradan 300 manat dəyərində 6 kisə fındıq məhsulunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qobuqırağ kəndində yaşayan X13 və X9 məxsus bank kartlarından 2020-ci ilin may ayından iyul ayı daxil olmaqla hər ay hər birinin kartından 49 manat pulunu çıxarmaqla oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X14 evində qonaq edəcəyinə inandıraraq onun 40 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X10 məxsus 46 manat dəyərində “Heisens” markalı mobil telefonunu oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X18 Xaçmaz rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək adı ilə ondan 75 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kənd sakini X6 məxsus bağ sahəsindən 100 manat dəyərində bir kisə fındığını gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X12 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X7 N.Nərmanov küçəsində yerləşən Xəzər çay evindən ona məxsus 20 manat dəyərində “Nokia” markalı mobil telefonunu, xx xxxx 2020ci il tarixdə Xaçmaz şəhəri, M.ünvan 2 ünvanında yaşayan X8 nəzarət etdiyi dayısı qızı Elmiraya məxsus evindən 1 ədəd ümumi dəyəri 80 manat olan noutbukunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kənd sakini X11 işə düzəltmək adı ilə 55 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Manaf-oba kənd sakini X5 məxsus fındıq bağına daxil olaraq oradan 300 manat dəyərində 6 kisə fındıq məhsulunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qobuqırağ kəndində yaşayan X13 və X9 məxsus bank kartlarından 2020-ci ilin may ayından iyul ayı daxil olmaqla hər ay hər birinin kartından 49 manat pulunu çıxarmaqla oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X14 evində qonaq edəcəyinə inandıraraq onun 40 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X10 məxsus 46 manat dəyərində “Heisens” markalı mobil telefonunu oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X18 Xaçmaz rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək adı ilə ondan 75 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kənd sakini X6 məxsus bağ sahəsindən 100 manat dəyərində bir kisə fındığını gizli yolla talamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X7 N.Nərmanov küçəsində yerləşən Xəzər çay evindən ona məxsus 20 manat dəyərində “Nokia” markalı mobil telefonunu, xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhəri, M.ünvan 2 ünvanında yaşayan X8 nəzarət etdiyi dayısı qızı Elmiraya məxsus evindən 1 ədəd ümumi dəyəri 80 manat olan noutbukunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Şərif-oba kənd sakini X11 işə düzəltmək adı ilə 55 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Manaf-oba kənd sakini X5 məxsus fındıq bağına daxil olaraq oradan 300 manat dəyərində 6 kisə fındıq məhsulunu oğurlamış, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Qobuqırağ kəndində yaşayan X13 və X9 məxsus bank kartlarından 2020-ci ilin may ayından iyul ayı daxil olmaqla hər ay hər birinin kartından 49 manat pulunu çıxarmaqla oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X14 evində qonaq edəcəyinə inandıraraq onun 40 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X10 məxsus 46 manat dəyərində “Heisens” markalı mobil telefonunu oğurlamış, xx xxxxxx 2020-ci il tarixdə X18 Xaçmaz rayon Mərkəzi Xəstəxanasına sürücü kimi işə düzəltmək adı ilə ondan 75 manat pulunu dələduzluq yolu ilə əldə etmiş, xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Çiləgir kənd sakini X6 məxsus bağ sahəsindən 100 manat dəyərində bir kisə fındığını gizli yolla talamışdır. Zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. Əməlindən peşmandır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X15 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X17 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X15 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X15 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X4 xx xxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar