Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-87/2021 05.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının iştirakı ilə, xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun, Qaraqurtlu kəndində yaşayan X5 haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : X5 «Nissan Navara» markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən cərimə olunması barədə qərar çıxarılmışdır. X2 barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı qərardan müəyyən olunur ki, X1 Navara» markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, cəriməni ödəmədiyi təqdirdə, barəsində protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə X5 xəbərdar edilmişdir. Məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : X5 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-87/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-87/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver