Məhkəmə qərarları › İş №3(067)-87/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-87/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-87/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Tərəflərin iştirakı olmadan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “Volvo’’ markalı, P822TC05/AM846005 dövlət nömrə nişanlı nəgliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəgliyyat vasitəsinin kabinasındakı əl çantasının içərisindən gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd üzərində “TK 45 Rubber" yazısı əks olunmuş patron aşkar olunarag protokol əsasında götürülmüşdür, İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3/1777 nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə hazırlanmış, 11,43 mm (TK 45 Rubber) kalibrli olub uyğun kalibrli travmatik tapancalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlar döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır.. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, işdə olan videogörüntü, xx.xx.2024-cü il tarixli protokolla və digər sənədlərlə sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan mallar dövlət nəfinə müsadirə edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: xx.xx.1998-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan 07 ədəd zavod üsulu ilə hazırlanmış, 11,43 mm (TK 45 Rubber) kalibrli ravmatik tapancalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlar müsadirə edilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar