Məhkəmə qərarları › İş №3(067)-873/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-873/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-873/2023 14.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X8, Şikayət verən şəxs X1 nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X12 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin 12 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X9 tərəfindən 31 may 2023-cü il tarixli MN ******* saylı protokolu və həmin protokol üzrə 12 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X9 tərəfindən 31 may 2023-cü il tarixli MN ******* saylı protokolu və həmin protokol üzrə 12 iyun 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X9 tərəfindən 31 may 2023-cü il tarixli MN ******* saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq 3.000 (üç min) manat məbləğində cərimə olunmağı barədə 12 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cərimə olunması barədə qərarın surətini 12 iyun 2023-cü il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərara, qəbul edilməsi üçün istinad olunan protokol və digər iş materialları əlavə edilməmişdir. Qeyd olunan qərar Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toplanmış və xx.xx.2023-cü il tarixli 3-13-79/2-11869/2023 saylı məktubla X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilmiş məlumatlar əsasında qəbul edilmişdir. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən əmək müqaviləsi olmadan, işlərin yerinə yetirilməsinə cəlb edilmiş vətəndaş kimi göstərilən X10, həmin obyektdə əmək müqaviləsi əsasında çalışan Raziyə Mirzəyevanın övladıdır və onun hər hansı işi yerinə yetirməsi anası Raziyə Mirzəyevaya bir övlad kimi könüllü yardım etməsindən ibarət ola bilərdi. Yəni, sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs kimi X3 Həlimə Musayevanı hər hansı işə cəlb edilməsi, işi yerinə yetirməsi kimi heç bir razılığı olmamış, sadəcə onun bir övlad kimi anasının iş yerinə gəlibgetməsinə və ona yardım etməsinə insanlıq nöqteyi-nəzərindən mane olmaması inzibati tənbet verən orqan tərəfindən düzgün qiymətləndirilməmiş, anasının iş yerinə gəlmiş övladın orada olması müqaviləsiz işçi kimi səhv qiymətləndirilmiş və AR İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kimi düzgün olmayan qərar qəbul edilmişdir. Şikayətinin obyektiv araşdırılması üçün Xaçmaz rayon polis şöbəsindən xx.xx.2023-cü il tarixli 3-13-79/2-11869/2023 saylı məktubla X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilmiş materialların tələb edilib öyrənilməsi vacib əhəmiyyətə malikdir. Qeyd olunan qərarla barəsində AR İXM-nin 192.1ci maddəsi ilə inzibati tənbeh cəzası kimi 3.000 (üç min) manat cərimə edilmişdir. Hesab edir ki, qeyd olunan protokol və qərar əsassızdır, onun Həlimə Musayevaya münasibətdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmək kimi inzibati xətası mövcud deyildir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X1 nümayəndəsi və vəkili X6 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X16 izahatında göstərmişdir ki, polisdən gələn izahatda göstərilir ki, Həlimə Musayeva həmin gün anasının iş yerində anasını əvəz eləyib. Bu hal tərəflərin öz izahatlarında da təsdiqini tapıb. Qanunda işçinin qeyri- rəsmi olaraq başqası tərəfindən əvəz olunması nəzərdə tutulmur. Hər hansı bədbəxt hadisə baş verərsə qeyri rəsmi işləmiş şəxsə görə məsuliyyət məsələsi yaranır. Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 12 iyun 2023-cü il tarixli MN ******* nömrəli qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə inzibati cərimə edilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, X7 verdiyi məlumat əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən X4 İnzibati Tənbeh vermə haqqında Qərar 12 iyun 2023-cü il tarixində X1 ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin inzibati tənbeh vermə haqqında qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin 12 iyun 2023-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar