Məhkəmə qərarları › İş №3(067)-875/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-875/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-875/2024 18.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN №; ******* saylı İnzibati xəta haqqında Protokolundan verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN №; ******* saylı İnzibati xəta haqqında Protokolundan verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN №; ******* saylı İnzibati xəta haqqında Protokolundan verdiyi şikayət üzrə toplanmış material düzgün tərtib olunmayıb. Belə ki, İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında protokoldan şikayətin verilməsi nəzərdə tutulmayıb, şikayət vermək yalnız inzibati tənbeh vermə haqqında qərardan nəzərdə tutulub. Hazırki şikayət isə, inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlıdır. Qeyd olunanlara əsasən və İXM-in tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında Protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar