Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-88/2023 26.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17165 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Şəxs ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17165 saylı məktubundan və poçt xəbərnaməsinin surətindən görünür ki, Mərkəzi Bank tərəfindən Şəxs ASC-yə məktub ünvanlanaraq 2021-ci ilə dair emitentin illik hesabatının 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb edilmiş, əks halda, inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar edilmiş, qeyd olunan məktub barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli xidməti məktubdan görünür ki, Mərkəzi Bank tərəfindən Şəxs ASC-dən 2021-ci ilin nəticələrinə görə emitentin illik hesabatı tələb edilsə də və əks halda, inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdar edilsə də, qeyd olunan illik hesabat Mərkəzi Banka təqdim edilmədiyindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi xahiş edilmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17165 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-88/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-88/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver