Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-887/2021 08.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X8, İnzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X5 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X5 inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarına əsasən Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X5 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi olan X9 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs- Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X11 göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərara əsasən həmin inzibati xətanın törədilməsinə əsas Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Xaçmaz-Xudat avtomobil yolunun kənarında onun, yəni Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri tərəfindən torpaqda quyu qazılaraq ərazidə formalaşan məişət tullantılarının basdırılması olmuşdur. Hesab edir ki, 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarı və onun çıxarılmasına əsas olan 27 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, rəhbərlik etdiyi Xaçmaz rayonunun Qusarçay bələdiyyəsi fəaliyyət göstərdiyi ərazidə yaşayan vətəndaşların evlərindən hər hansı zibilin və yaxud məişət tullantılarının aparılması və atılması ilə məşğul deyil və bu bələdiyyənin vəzifələrinə aid deyildir. Ona görə də o, bələdiyyə sədri olaraq heç vaxt məişət tullantılarını toplayıb apararaq hər hansı ərazidə quyu qazıb basdırmamışdır. Ümumiyyətlə bələdiyyə sədri işlədiyi Xaçmaz rayonunun X2 kəndi ərazisində ümumi zibilxana nəzərdə tutulmamışdır və bələdiyyə ərazisində yaşayan əhalidən məişət tullantılarının daşınması üçün bələdiyyə tərəfindən heç bir ödəniş alınmamışdır. Belə olan halda Qusarçay bələdiyyəsi və həmin bələdiyyənin sədri olaraq şəxsən onun Qusarçay kəndində mövcud olmayan zibilxananın səliqəsəhmana salınması ilə bağlı heç bir vəzifələri və öhdəlikləri yoxdur. Bu vəzifə ona rəsmi olaraq hər hansı orqan tərəfindən həvalə edilməmişdir və bələdiyyələr haqqında qanunda və əsasnamədə belə bir vəzifənin bələdiyyəyə aid olması öz əksini tapmamışdır. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X9 onun barəsində inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarı qəbul edərkən işin hallarını tam araşdırmamış, inzibati xəta haqqında protokola baxılarkən onun iştirakını təmin etməmiş, nəticədə hazırki əsassız qərarı qəbul etmişdir. Ona görə də barəsində tərtib edilmiş 27 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlər nəzərə alınmaqla ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininm vəzifəli şəxsi olan X9 tərəfindən onun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 göstərdi ki, 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Xaçmaz-Xudat Avtomobil yolunun kənarında Xaçmaz rayonunun Qusarçay bələdiyyəsinin sədri X11 tərəfindən torpaq quyu qazılaraq ərizidə formalaşan məişət tullantılarının qanunsuz olaraq basdırıldığı məlum olmuşdur. Bununla da bələdiyyə sədri tərəfindən qanunun tələbləri pozulmaqla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən vəzifəli şəxs olaraq onun barəsində 27 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar əsasında Qusarçay bələdiyyəsinin sədri X11 inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Hesab edir ki, Qusarçay bələdiyyəsinin sədri X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qanuni və əsaslıdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli, 69147 nömrəli aktın surətindən görünür ki, qeyd olunan tarixdə 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Xaçmaz-Xudat Avtomobil yolunun kənarında Xaçmaz rayonunun Qusarçay bələdiyyəsinin sədri X11 tərəfindən torpaq quyu qazılaraq ərazidə formalaşan məişət tullantılarının qanunsuz olaraq basdırıldığı məlum olmuşdur. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı aşkar olunan qeyd olunan fakt üzrə Xaçmaz rayonunun Qusarçay bələdiyyəsinin sədri X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Xaçmaz rayonunun Qusarçay bələdiyyəsinin sədri X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 3000 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 15 fevral 2015-ci il tarixli vəsiqənin surətindən görünür ki, X4 rayonunun Qusarçay bələdiyyəsinin sədri vəzifəsində işləyir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, 872 nömrəli arayışından görünür ki, Xaçmaz rayonunun kənd və qəsəbələrində, yaşayış məntəqələrində zibilin, məişət tullantılarının toplanması və daşınmasını ərazi üzrə yerli bələdiyyələr (şəhərlərdə Mənzil Kommunal Təsərrüfat Birlikləri) həyata keçirir, bu işi həyata keçirməklə bağlı bələdiyyəyə hər hansı rəsmi sənəd verilməmişdir. Bələdiyyə ərazinin təmizliyini- məişət tullantıları və zibilin təmizlənməsini qeyri-rəsmi yerinə yetirir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli, 873 nömrəli arayışından görünür ki, Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin istifadəsində ərazinin zibil tullantılarının təmizliyinin təmin edilməsi üçün lazımi texnika və avadanlıq yoxdur. Məhkəmə barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxsin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Həmin Məcəllənin 53.0. maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində məişət tullantılarının toplanmasının və daşınmasının təşkili işi rəsmi olaraq Xaçmaz rayonununun Qusarçay Bələdiyyəsinə həvalə edilməmişdir, Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin istifadəsində ərazinin zibil tullantılarının təmizliyinin təmin edilməsi üçün zəruri olan lazımi texnika və avadanlıq yoxdur. Məhkəmə hesab edir ki, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində məişət tullantılarının Qusarçay kəndi ərazisində məişət tullantılarının toplanmasının və daşınmasının təşkili işi rəsmi olaraq Xaçmaz rayonununun Qusarçay Bələdiyyəsinə həvalə edilmədiyindən, Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin istifadəsində ərazinin zibil tullantılarının təmizliyinin təmin edilməsi üçün zəruri olan lazımi texnika və avadanlıq olmadığından və beləliklə Qusarçay bələdiyyəsinin sədri Sadıq Alışov aşkar olunmuş fakt üzrə məsul şəxs olmadığından vəzifəli şəxs olaraq hər hansı inzibati məsuliyyət daşımamışdır və onun tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X8 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən Xaçmaz rayonunun Qusarçay Bələdiyyəsinin sədri X8 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 06 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Səsdrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-887/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-887/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver