Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-892/2024 31.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X2 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, o, hər il olduğu kimi bu ildə yay mövsümi ilə bağlı Xaçmaz rayonun Nabran kəndi mərkəzində olan “Miami” adında dükanı icarə müqaviləsi əsasında işlədir. O, hər il həmin dükanın qarşı tərəfində olan otnan olanı sahəni öz vəsaiti hesabına biçdirmişdir. Lakin o, həmin ot biçdirdiyi sahəyə dükanın tullantılarını armamışdır. Dükanın tullantılarını “El-Faro” istirahət mərkəzinə məxsus tullantıları götürməyə gələnlər aparır. O, artıq 9 ildir ki, həmin yeri işlədir və bu işlətdiyi müddətdə də ki, onun dükanına məxsus tullantılarını “El-Faro” istirahət mərkəzinə məxsus tullantıları götürməyə gələnlər aparır. Onun tullantılarını aparılması ilə bağlı mənzil Kommunal Təsərrüfatı Birliyi ilə arasında heç bir müqavilə yoxdur. Həmin sözü gedən yeri biçdirdiyi zaman orda olan bəzi tullantıları da ətrafdan yığaraq biçdirdiyi otlar ilə yandıraraq ordan getmişdir. Bundan sonra həmin yerə gələn ekologiyanın nümayəndəsi həmin yeri kimin tərəfindən yandırıldığını soruşduqda o, kəndardan bunu eşidərək nümayəndəyə yaxınalaşaraq özünü yandırdığını ona demişdir. Ekologiyanın nümayəndəsi birazdan ona əməkdaşların yaxınlaşacaqını deyərək ordan uzaqlaşıb getmişdir. Təxminən bir neçə gün sonra ona Ekologiya İdarəsindən idarəyə yazınlaşması ilə bağlı xəbərdarlıq məktubu gəlmişdir və buna görə də o, idarəyə getmişdir. O, idarəyə getdikdən sonra izahatı alınaraq 2000 manat məbləğində vəzifəli şəxs kimi cərimə edilmişdir. O, həmin yerdə yandırılan əşyaların ona məxsus olmadığını, ətrafdan topladığı əşyalar olduğunu işlədtdiyi dükana məxsus olan tullantıların olmadığını bildirərək barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə X8 Nazirliyinin birgə tədbiri zamanı, tədbirlər planına uyğun olaraq reyd vaxtı həmin yerdə tullantıların yandırılması faktı aşkar olunub. Həmin vətəndaş X4 yazılı izahat verib ki, tullantıların orda o, özü yandırmışdır, müqavilə bağlamamışdır, dükanı o, VÖEN-lə işlədir, gələcəkdə müqavilə bağlamaq nəzərdə tutmuşdur izahatında bu barədə qeydlər etmişdir. Ondan əlavə onlar o, protokolda “Miami” mağazasının yiyəsi və ya rəhbəri yazmamışdırla, yəni istifadəçisi VÖEN-lə hazırda Cümşüd işlədirsə, səhər başqa bir şəxs işlədə bilər. VÖEN olanda da ki, inzibati xəta baş verəndə fiziki şəxs vəzifəli şəxs hesab olunur, qərarı idarə verib ki, vəzifəli şəxs qismində cərimə tətbiq olunsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 10 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və X6 inzibati tənbeh vermə haqqında 10 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-892/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-892/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver