Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-892/2025 04.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon Polis Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir ondan ötrü ki, Şəxs 04 iyun 2025-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Elit” oteldə Zərərçəkmiş şəxs şalvarının cibindən sonuncuya məxsus 500 manat məbləğində pulu gizli yolla talayaraq oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində AR DİN-nin “102” xidmət Mərkəzinə Zərərçəkmiş şəxs zəng edərək, Xaçmaz şəhərində yerləşən “Elit Hotel” də olan zaman tanımadığı qadınla görüşdüyünü və o, hamam otağında çıxdıqdan sonra şalvarının cibindən 500 manat məbləğində pulunun oğurlandığını bildirmişdir. Aparılmış araşdırma zamanı hadisəni törətmiş Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs qarşı oğurluq etmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsinin tərkibi əlamətləri olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs zərəçəkmişlə razılaşaraq pulun bir hissəsini zərərçəkmiş qaytarmış, bir hissəsi isə yəni, 80 manatı özündə qalmışdır. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Xaçmaz şəhəri ərazisində yerləşən “Elit Hotel” adlanan restorana getmişlər. Sürücü özü bu qadınla görüşmək üçün danışmışdır. O, spirtli içki qəbul edib yatmışdır. Cibində bir miqdar pul vardı. Sonradan xəbəri oldu ki, pulun üstündən 500 manat əksikdir. Bundan sonra pulunun oğurlandığını bilib “102 “xidmətinə zəng vurmuşdur. Pulun bir hissəni qaytarmışdır. Şikayətçi deyil. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, “Elit” hoteldə işləyir. Bir tanış ona zəng vuraraq qonağı olduğunu bildirmişdir. Zərərçəkmişin cibində 1400 manat pul vardı. O, da ehtiyacı olduğuna görə 500 manatı götürmüşdür. Götürdüyü pulu qaytarmışdır. Əməlindən peşmandır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə məhkəməyə qədər aralarında razılığa gələrək, sonuncudan gizli yolla taladığı 500 manat məbləğində pul vəsaitinin 420 manatını qaytarmışdır. Habelə Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxışı zamanı Şəxs şikayətçi olmadığını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 227-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: xx xxxx 1986-cı il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-892/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-892/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver