Məhkəmə qərarları › İş №3(067)-897/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-897/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-897/2021 01.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X8 nümayəndəsi X1 iştirakı ilə, 14.09.1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonu Qusarçay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X8 06 sentyabr 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci il tarixli MN № ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3000 manat miqdarında cərimə edilmişdir. X7 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 sentyabr 2021-ci il tarixli MN № ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və onun çıxarılmasına əsas olmuş 27 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, ona məxsus “Yaşıl Məkan“ kafesinin fəaliyyəti nəticəsində əmələ gələn cüzi miqdarda məişət tullantıları özü və ordakı işçilər tərəfindən günün sonunda sellofan paketlərə yığılaraq avtomobillə aparılıb zibil yeşiklərinə boşaldılır. Heç vaxt kafenin ərazisində məişət tullantıları yığılıb qalmır və yaxud hər hansı yerdə basdırılmır. 27 avqust 2021-ci il tarixli protokolun yazılmasından məlumatları olmamışdır və protokolda qeyd olunanların həqiqətə uyğun deyil. Bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X8 nümayəndəsi qismində dindirilmiş X2 göstərmişdir ki, 27.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X8 əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində fəaliyyət göstərən “Yaşıl Məkan” istirahət mərkəzində formalaşan bərk məişət tullantılarının qanunsuz olaraq yol kənarında basdırılması faktı aşkar edilmişdir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021ci tarixli MN ******* nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3000 manat miqdarında cərimə edilmişdir. Göstərilənlərə əsasən nümayəndə şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan X3 əməlində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirini sübut edən hallar müəyyən edilməmişdir. Protokol yalnız həmin protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən imzalanmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı alınmamışdır. Bununla yanaşı protokola əlavə edilmiş akt da heç bir mötəbər sübutlara əsaslanmır, həmin akt yalnız 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən imzalanmışdır. Akta barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirini sübut edən mötəbər sübutlar əlavə edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məjəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10.bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11.bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X8 06 sentyabr 2021-ci tarixli MN ******* saylı qərarından şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 sentyabr 2021-ci tarixli MN ******* nömrəli qərarı ləğv olunsun və X5 Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar