Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-899/2021 03.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, X4 haqqında Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 13.09.2021-ji il tarixdə, saat 11:50 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin «Yalama» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan 29770294 çaylı vaqona «Yalama» gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı, Ukrayna Respublikası, Çerkassı şəhəri, Smelyanskaya küçəsi, ev 127 ünvanında qeydiyyatda olan «Lis.S» şirkətindən Azərbaycan Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 ünvanına idxal olunmuş və müvafiq gömrük rəsimləşdirilməsindən keçirilməsi üçün Sumqayıt Baş Gömrük İdarəsinə təyinat almış «qarğıdalı yarması» yükünün içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 1035 ədəd, 0,1 litrlik boş şüşə qab (butulka) və 1200 ədəd şüşə qab (butulka) üçün qapaq aşkar edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq X4 məhkəmə baxışına gəlməmişdir. Məhkəmə «X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 16 sentyabr 2021-ci il tarixli 27-X №-li ekspertiza aktından görünür ki, inzibati xətanın obyekti olan malların ümumi dəyəri 713,25 manat təşkil edır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə X3 törətdiyi xətanın xarakterini nəzərə alaraq, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə olunması tənbeh növünün tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : X1 Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar - «Azərterminalkompleks» THXİB-nin anbarında saxlanılan, 1035 ədəd, 0,1 litrlik boş şüşə qab (butulka) və 1200 ədəd şüşə qab (butulka) üçün qapaqlar dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-899/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-899/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver